“Erkən nikahlarla bağlı statistikada artım var”.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
“Bakı şəhərində 5, digər rayonlarda isə 75 halda nikah yaşının azaldılmasına icazə verilib. Eyni zamanda 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb”, - deyə komitə sədri əlavə edib.