Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 800 avtomobil gözləyir.
Bu barədə Ednews-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 58, “Samur” gömrük postunda 35, “Xanoba” gömrük postunda 5 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.
"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub.