Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən Ednews-a verilən məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan “Opel” markalı 90 VV 419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan “Ravon” markalı 77 DA 091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və 1 nəfər (“Opel” markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət almışdır.
Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.