Oğuzda güclü külək iri gövdəli ağacı park ərazisinə aşırıb.
Ednews report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında veteranlar parkının həyətində qeydə alınıb.
Nəticədə parkdakı söhbətgahın dam örtüyünə ziyan dəyib.
Qeyd edək ki, hazırda rayon ərazisində güclü külək əsir.