Xəbər verdiyimiz kimi, 18 nömrəli marşurutla bağlı saytımızda xəbər yayımlandı. Sərnişin şikayəti ondan ibarət idi ki, avtobus 30 dəqiqə gecikir.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, 18 nömrəli marşrut xətti üzrə 22 avtobus 6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Onlardan ikisi 18 metrlik böyüktutumlu avtobusdur:
"Günün pik saatlarında şəhərin küçə və prospektlərində, xüsusən də “Şamaxinka” adlanan ərazi və “20 Yanvar” dairəsi hər iki istiqamətdə, A.M.Şərifzadə küçəsi və Bülbül prospektində müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttində ləngimələr yaranır.
Payız-qış mövsümünə keçidlə əlaqədar paytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də avtoparklarda zəruri tədbirlərin görülməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daşıyıcılara müvafiq tapşırıqlar verilib ki, bunlardan biri də şinlərin mövsümə uyğun təchiz olunması, təkər zəncirlərinin hazırlanmasıdır".
Oğuz