Uşaqlarla zorakı rəftar edən məşqçidən ÖZƏL AÇIQLAMA – “Onları sığallamaq lazım deyil”

Cəmiyyət 14:31 22.01.2024

Azərbaycanda idmançının məşq zamanı yeniyetmələrlə davranışı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Elvin Səfərov adlı idmançı “Instagram” hesabında məşq prosesindən bir hissə paylaşıb. Görüntülərdən aydın olur ki, məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur.

Uşaqların reaksiyalarından zərbələrin ağır olduğu hiss olunur. Görüntülər cəmiyyətdə aqressiya ilə qarşılanıb.

Bu aqressiyanın bir səbəbi də ötən il 7 yaşlı uşağın məşq zamanı aldığı zədələrdən vəfat etməsi olub. 

Xatırladaq ki, ötən il aprel ayında 7 yaşlı Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində 7 yaşlı uşaq vəfat edib.

Ednews xəbər verir ki, məşqçi Elvin Səfərov Bizim.Media-ya açıqlamasında burada zorakılıq hallarının olmadığını və idmançını zərbəyə hazırladığını deyib:

“Kənardan baxan peşəkar bir idmançı görər ki, ayağa geyinilən xüsusi idman ayaqqabısı var, adi ayaqla vuranda zərbə yüz faizdirsə, həmin ayaqqabı ilə vuranda zərbə 50 faiz olur. Səs eləyir, amma zədə vermir, dərini bişirir. İdmançını zərbəyə hazırlayır. Orada yeni və köhnə idmançılar var, idmançılara uyğun zərbələr vururam. 

Bura uşaq bağçası deyil, idmançılar yetişməlidir, onları sığallamaq lazım deyil. Bizim məşqlərimiz elə getmir, məşqlərimiz əl-ayaq zərbələri, müəyyən hərəkətlərlə baş tutur, axırda, sadəcə, bir-iki dəqiqəlik bədən bərkitmə məşqləri gedir”.

10 ildir uşu-sanda məşqçisi kimi fəaliyyət göstərdiyini vurğulayan Elvin Səfərov 6 dəfə dünya, 3 dəfə Avropa, 10 dəfə Azərbaycan çempionu olduğunu qeyd edib:

“Ola bilər ki, video ictimaiyyətə sərt görsənsin, burada heç bir zorakılıq yoxdur. 21 ildir idmanla məşğulam, dəfələrlə çempion olmuşam, bir dəfə çempion olanda heç belə ictimailəşdirməyiblər. Mən hər dəfə o yarışlara bədənim göm-göy getmişəm, çünki zərbə almasam, zərbəyə öyrəşməsəm, zərbə vura bilmərəm. 

Mənim əlavə, yəni peşəkar yox, özü üçün məşq edənlərdən ibarət qruplarım da var, orada mən heç bir tələbəyə barmağımla da toxunmaram. Çünki o, özü üçün məşq edir. Amma bir də var peşəkar şəkildə məşğul olasan, bunun üçün də gərək idmançını yetişdirəsən, hazırlayasan, loru dildə desək bişirəsən ki, idmançı döyüşə hazır olsun”.

Elvin Səfərov videoda başına şillə vurduğu yeniyetmələrdən də danışıb:

“Videoda başına qapaz vurduğum iki nəfər var. Onun hər ikisi mənim qohumumdur, o da qohum səviyyəsində, böyük qardaş kimi vurmuşam. Valideynlərdən də heç bir narazılıq yoxdur”.
 


Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar
13:25 30.06.2025
İran Avropa “üçlüyü” ilə danışıqları bərpa etmək istəyir
13:09 30.06.2025
Hamısı