2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina qurbanlarının sayı 345-ə çatıb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təssərüfatında mina partlayışı olub. Nəticədə bir nəfər yaralanıb.