Bakıda şadlıq sarayında dava — Xəsarət alan və həbs olunan var

Cəmiyyət 12:59 13.02.2024

Bakının Nizami rayonunda 1991-ci il təvəllüdlü, Sabirabad rayon sakini Ataş ləqəbli şəxs şadlıq saraylarından birində keçirilən toy məclisində əvvəllər tanımadığı Bəhruz adlı şəxsə xəsarət yetirib.

Ednews  Demokrat.az-a istinadən xəbər verir ki, hadisə 8 iyul 2023-cü ildə, saat 23 radələrində “Manisa” şadlıq sarayında baş verib. Ataş şadlıq sarayının giriş qapısının qarşısında dayanmış, həmin tarixdə iştirak etdiyi toy məclisində tanış olduğu Bəhruza yaxınlaşaraq sonuncunun az əvvəl özünü ona polis əməkdaşı kimi təqdim etməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan bir dəfə yumruqla onun sifət nahiyəsindən qəsdən vurub. 

Hadisəni törədən Ataşın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ataş ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən 10 ilə yaxındır müxtəlif restoranlarda ofisiant kimi fərdi olaraq fəaliyyət göstərir:

“Bibim nəvəsinin 8 iyul 2023-cü ildə nişan məclisi keçirildi. Qonaq kimi dəvət olunduğumdan Baki şəhəri Nizami rayonunda yerləşən “Manisa” şadlıq sarayında nişan mərasimində iştirak etdim. Məclisdə təxminən saat 18.00-da etibarən iştirak etmişəm. Bəy qohum olduğundan orada olan masalara nəzarət edərək qonaqlara qulluq etmişəm. Orada masaların birində əyləşən, əvvəllər tanımadığım, adını Bəhruz kimi təqdim edən şəxs mənimlə görüşərək özünü bəyin dostu, polis əməkdaşı kimi təqdim edərək əvvəllər Yasamal rayonunda yaşadığını, guya məni əvvəllər orada gördüyünü dedi. Sonra Bəhruzla bir masa arxasında əyləşib spirtli içki içdiyimiz vaxt özünü “baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin” əməkdaşı kimi təqdim edərək heç bir səbəb olmadan mənə hədə-qorxu gəldi, guya həmin idarənin zirzəmisinə apararaq mənə zor və fiziki güc tətbiq olunacağını dedi. Bəhruzun spirtli içki təsiri altında olmasını bilərək onun dediyi sözlərə əhəmiyyət vermədim. Pis halda olduğundan ehtiyac varsaç taksi ilə yaşadığı evə yola salmağı təklif etdim. Bəhruz buna etiraz edərək masadan aralaşdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə vaxt sonra  siqaret çəkmək məqsədi ilə şadlıq sarayından çıxanda Bəhruzu görüb:

“Bəhruz restoran qarşısında bir nəfər ofisiantla söhbət etdi. Söhbət zamanı mənim də ofisiant kimi işlədiyimi deməsini eşidərək Bəhruza yaxınlaşdım. Mənə qarşı nə səbəbdən o cür sözlərini deməsini soruşdum. Bəhruz mənə “səninlə mırtlaşıram və məzələnirəm” dedi. Bu zaman aramızda sözlə mübahisə baş verdi. Həmin vaxt Bəhruzun sifətinin sol nahiyəsindən bir dəfə yumruqla vurdum. Ətrafımızda olan digər tanımadığım şəxslər məni sakitləşdirdilər. Bəhruz isə şadlıq sarayının həyətini tərk edərək naməlum istiqamətdə getdi”. 

Ataş qeyd edib ki, növbəti gün Bəhruz ona zəng edib və guya onun sifət nahiyəsindən “beşbarmaq”la vurub, ona ağır xəsarət yetirməsi nəticəsində Bakı şəhəri 1 saylı xəstəxanasında əməliyyat olunmalı olduğunu, ümumilikdə müxtəlif dərmanların alınmasına görə 1500 manat pul lazım olduğunu, bununla bağlı şikayət edəcəyini deyib:

“Bəhruza maddi durumum pis olduğundan ona heç bir köməklik edə bilməyəcəyimi dedim. Növbəti gün mənə tanımadığım nömrədən zəng gəldi. Özünü Bəhruzun qardaşı Malik kimi təqdim edən şəxs qardaşının hazırda xəstəxanada olduğunu, əməliyyat üçün pul lazım olduğunu dedi. Mən mobil telefonumu Sabirabad rayonunda mobil telefon mağazalarının birində 141 manata satmışam. Atam da üstünə pul qoydu və Maliklə Bakı şəhərində görüşərək ona 300 manat vermişəm”.

İş üzrə zərərçəkmiş Bəhruzun sözlərinə görə, təxmirən 4 aya yaxındır “Grand Neon” şadlıq sarayında fərdi olaraq ofisiant kimi fəaliyyət göstərir:

“8 iyul 2023-cü ildə mənimlə birlikdə ofisiant kimi işləyən Ceyhun adlı şəxsin nişan tədbiri olacağından, həmin tarixdə təxminən saat 21.00-da iş yerimdən çıxaraq birbaşa Ceyhunun nişan tədbirinin keçirildiyi “Manisa” şadlıq sarayına getdim. Ora getdikdə məclisdə olan birlikdə işlədiyim və bir neçə tanımadığım insanları bəyin qardaşı Ələsgər masaya əyləşdirdi. Masada qonaqlarla qida məhsulları və spirtli içkilər qəbul etdik. Bir neçə saat sonra Ələsgərə yaxınlaşıb bəyin iş yoldaşları kimi təqdim edərək mikrofonla mənə xoş sözlərini deyib, birlikdə rəqs etmək istədiyimizi dedim. Ələsgər zarafatla məclisi aparan tamadaya məni polis əməkdaşı kimi təqdim etdiyini dedi. Mən də tamadaya düzgün, yəni bəyin iş yoldaşları olmağımı tamadaya bildirməsini dedim, yenidən masaya yaxınlaşaraq əyləşdim. Bir neçə dəqiqə sonra arxaya çönərək arxa masada əyləşən tanımadığım, lakin üz siması mənə tanış gələn şəxsi görərək onunla görüşdüm. Ona tanışlıq verdim, əvvəllər Yasamal rayonunda qaldığını dedim. Həmin şəxs də özünü Ataş kimi təqdim etdi”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra yenidən öz masasına əyləşərək spirtli içkilər qəbul edib:

“Təxminən 20 dəqiqə sonra bayırda siqaret çəkmək niyyəti ilə masa arxasından çıxanda Ataşla üz-üzə gəldim. Sonuncu məndən polis olduğumu soruşdu. Həmin şəxsə ofisiant və bəyin iş yoldaşı olduğumu deyərək, bəyin qardaşı Ələsgərin zarafat etdiyini dedim. Onda həmin şəxsə mənimlə birlikdə işləyən Nurlan adlı şəxsə işarə edərək zarafatla sonuncunun da polis olduğunu dedim, onunla xoş ünsiyyət yaradaraq güldüm. Sonra yenidən əyləşdiyim masa arxasına əyləşdim, ofisianta bir şüşə qabda olan 0,7 lt həcimində araq gətirtdim. Təxminən 30 milliqram rumkama süzərək həmin şüşə qabda, dolu olan arağı buz qabının içərisinə qoymasını dedim. Ofisiant dediyimi etdi. Sonra təxminən bir neçə dəqiqə keçdikdə həmin şüşə qabın buz qabının içərisində olmadığını gördüm. Üzbə-üz oturan əvvəllər tanımadığım, lakin həmin məclisdə tanıdığım bəyin dostu Kamildən şüşə qabda dolu olan arağın harda olmasını soruşdum. Kamil bu haqda xəbəri omadığını dedi. Həmin məclisin bitmə vaxtı gəldikdə, Kamillə birlikdə şadlıq sarayından çıxaraq giriş qapısının qarşısında siqaret çəkirək söhbət etdim. Bu an Ataş şadlıq sarayının giriş qapsından çıxaraq bizə tərəf gəldi və əlini çirmələyərək sağ əlinə qara rəngli dəqiq bilmədiyim, lakin beşbarmaq kimi soyuq silahın olmasını zənn etdiyim əşyanı barmaq hissəsinə keçirdərək qəflətən sifətimin sol nahiyəsindən bir dəfə yumruqla vurdu. Mən içki təsiri altında olduğuma görə bu cür hərəkəti gözləmədiyimdən bir neçə saniyəlik anlaqsız vəziyyətə düşərək sifətimdə olan ağrıdan üz nahiyəmi iki əllə tutaraq gözlərimi yumdum. Gözlərimi açdıqda yanımda heç bir kəsin olmadığını gördüm və Ataşın şadlıq sarayının həyətini tərk etməsini düşündüm, oranı tərk etdim”. 

Zərərçəkmiş deyib ki, mobil telefon vasitəsi ilə Daxili İşlər Nazirliyinin 102 zəng məlumat mərkəzinə zəng edərək hadisənin baş verməsini demək istəyib:

“Məclisdə olan iş yoldaşlarım yanıma gələrək telefonu əlimdən alaraq ilk növbədə təcili tibbi yardıma zəng etməyi dedilər. Növbəti gün səhər saatlarında sifət nahiyəsinin sol göz altımın şişməsi, göyərti olması səbəbindən 1 saylı Bakı şəhər kliniki xəstəxanasına getdim. Orada həkimlər tərəfindən müayinə olundum. Məlum oldu ki, sol gözümün almacığı üç yerdən sınıb. Xəstəxanadan çıxaraq yaşadığım mənzilə getdim. Evə çatdıqda Ataş adlı şəxsin mobil telefon nömrəsini taparaq sonuncu ilə əlaqə yaratdım. Ondan nə səbəbdən məni vurmasını və mənə yetirdiyi xəsarətin nəticəsində əməliyyat pulunu ödəməsini dedim. Həmin şəxs mənə cavab olaraq “sən polissən və sənin hərəkətlərindən xoşum gəlmədiyi üçün vurdum, get polisə şikayət et” kimi sözlərini deyərək dəstəyi asdı. İyulun 10-da yenidən həmin xəstəxanaya getdim. Orada sifət nahiyəmdən çərrahiyə əməliyyatı olundum”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına  məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşayış yerini, habelə gün ərzində Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Hamısı