Macar Turan Vəqfinin illik toplantısı Qarabağa həsr edildi – FOTOLAR

Cəmiyyət 10:56 26.02.2024

Macarıstanda fəaliyyət göstərən Macar-Turan Vəqfinin illik toplantısı keçirilib. 

Ednews xəbər verir ki, bu ilki toplantının əsas və ana mövzusu Azərbaycanın Qarabağ məsələsi olub. Azərbaycanın Qarabağın işğalından bu günə qədər vətən torpaqlarından vazkeçmədiyi, beynəlxalq camiədə, Avropa Birliyi, media, qeyri-hökumət təşkilatları da bu sahədə gecə-gündüz çalışdıqları vurğulanıb. Eyni zamanda Azərbaycanın 44 günlük Qarabağ müharibəsində torpaqlarını azad etməyi də toplatında qeyd edilib. Görüşdə Qarabağın azad edilməsi alqışlarla qarşılanıb.

Toplantıda Macar-Turan Vəqfi sədri Andras Biro Zsolt, Macarıstan parlamentinin vitse-spikeri, bu Qurultayın əsas hamiçisi kimi tanınan Sandor Lezak, Bugac bələdiyyə sədri Szabo Laszlo, Vəqfin nümayəndələri və media təmsilçiləri iştirak edib. 

Toplantıda “Atəşkəs” filmi nümayiş edilib. “Atəşkəs” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən birgə istehsal olunub.  

Filmin nümayişindən əvvəl Xocalı soyqırımının qurbanları və Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi tarixi-mədəni irsi, ənənələri öz əksini tapıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, Qarabağ müharibəsinin acı nəticələri, Xocalı faciəsi filmin əsas qayəsini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb. Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşmüş insanların acı həyatı öz əksini tapıb. 

Filmin əsas məqsədi erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi amansız cinayətlərin Macarıstanın timsalında bütün Avropa ölkələrinə düzgün formada çatdırılması, Azərbaycanın bu məsələdə haqlı mövqeyinin dünya ölkələrində təbliğidir. “Atəşkəs” sənədli film Türkiyədə ən nüfuzlu mükafata da layiq görülüb. 

Mərhum millət vəkili Qənirə Paşayevin Macar-Turan Vəqfi ilə fəaliyyətlərindən söhbət açılıb. Qənirə xanım rəhmətlə yad edilib. 

Bundan başqa qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Macar Turan Vəqfi  Macarıstanda faəliyyət göstərən nüfuzlu bir ictimai təşkilatdır. Təşkilatın həyata keçirdiyi ən böyük layihə Turan Qurultayıdır. Vəqfin sədri Andras Biro Zsolt, Macarıstan parlamentinin vitse-spikeri, bu Qurultayın əsas hamiçisi kimi tanınan Sandor Lezakdır. 

Oğuz 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Hamısı