“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.
Ednews xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:
“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.