Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Azərbaycanın aparıcı QHT rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları, Qeyri-Texniki Təhqiqat və Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələrinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtərdə tədbir keçirilib.
Ednews xəbər verir ki, BAMF-ın prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev bildiribki, tədbirin əsas iştirakçıları vətəndaş cəmiyyətiləri qurumlarıdır.
O, daha sonra qeyd edib ki, Avropa İttifaqı, Azərbaycan Dövlət Departamenti və Böyük Britaniyanın maliyyələşdirdiyi layihə əsasən iki vektordan ibarətdir və BAMF bu cür mina problemləri ilə bağlı 30 ildir tədqiqat aparır:
"Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda birinci səviyyəli tədqiqat keçirərkən o zaman 1883 nəfər minadan zərərçəkən qeydə almışdıq. Bu sayı hazırda 4000 civarındadır. Beynəlxalq standartlarla minalardan çirklənmiş ərazilər təmizlənərsə 1000 ilə yaxın vaxt lazımdır".
Daha ətraflı sözü gedən videoda:
Xəyal Ramiz