Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Cəmiyyət 18:16 15.04.2024

Aprelin 12-də Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 ölkəni təmsil edən nümayəndələri işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ağdam şəhərində olublar.

Ednews xəbər verir ki, Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər komitə üzvləri səfərdə iştirak ediblər. Komitə üzvlərini Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov komitə üzvlərini müşayiət ediblər. 

zz.jpg

Qonaqlara Ağdam şəhəri barədə geniş məlumat verilib. Bildirilib ki, Ağdam şəhəri özünün böyüklüyü ilə yanaşı, həm də qədim tarixə malik bir yer olub. Ağdam barədə danışarkən qonaqlara şəhərin keçmişini özündə əks etdirən fotolarda ermənilər tərəfindən dağıdılan binaların orijinal variantları göstərilib. Ağdam Cümə Məscidi barədə məlumat verilərkən məscidin işğaldan əvvəlki və işğal dönəmində olan fotoları, həmçinin milli mənəvi dəyərlərə zidd, alçaldıcı hərəkətlərə yol verilərək məsciddə mal-qara və donuz saxlanılmasını isbat edən fotolar da qonaqlara təqdim edilib.

za.jpg

E.Hüseynov şəhərin mərkəzində olan mədəniyyət evi, həmçinin şəhərin digər tikililərinin dağıdılması barədə də danışıb.

Qonaqlar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Burada onlara işğaldan sonra ermənilərin əraziləri bilərəkdən və pərakəndə şəkildə mina və partlamamış hərbi sursatlarla çirkləndirmələri, bunun da dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaratması məsələsinə toxunulub. Qeyd edilib ki, ermənilərin basdırdığı minaların partlayışı nəticəsində 44 günlük müharibədən sonra 350 nəfər minaya düşüb ki, onlardan da 65 nəfəri həlak olub.

bam.jpg

Xarici qonaqlar daha sonra Azərbaycanda ilk qadın minatəmizləmə komandası ilə tanış olublar. Qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, layihənin icraçısı Umud Mirzəyev qarşılayıb. Fond rəhbəri komitə üzvlərinə Azərbaycanda mövcud mina problemi ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, qonaqlar gördükləri mənzərələrdən xeyli mütəəssir olublar:

“Xarici nümayəndələr bəlkə də bu dərəcədə konfilikt, erməni vandalizmi gözləmirdilər. Ancaq gördüklərindən təsirləndiklərini deyə bilərəm. Onlara Qadın Mina Komandasından da məlumat verdim. BAMF-da çalışan əməkdaşların böyük əksəriyyəti konfilikt bölgələrdə yaşayan, müharibədən zərər çəkən adamlardır. Bu cür layihələr təəssüf ki, beynəlxalq camiədə daha az reaksiya verir. Çünki anti- Azərbaycan təbliğatı aparılır və əsl reallıqlar kənarda qalır. Ermənistanın vandallıqları gözardı edilir. Verdiyimiz məlumatlardan və Aİ nümayəndələrində Azərbaycanda mövcud mina problemi ilə bağlı təəsürat və təsəvvür yarada bildik. Azərbaycanın yanında olacaqlarını və dəstək olacaqlarını bildirdilər”.

kmytnjhyrnyry.jpg

Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk də səfər zamanı çıxış edib:
“Vəziyyəti dəyişə biləcəyimizlə fəxr edirəm. Minaların təmizlənməsinə gəldikdə, Avropa İttifaqı Azərbaycanın ən böyük dəstəkçisidir. Avropa İttifaqı qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə onların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – deyə D.Pronk bildirib.

Xatırladaq ki, Avropa İttifaqının səfirlər səviyyəsində, Siyasi və Təhlükəsizlik Komitəsinin, həmçinin Avropa institutlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri 11-12 aprel tarixlərində başlayıb. 27 üzv ölkənin təmsilçiləri həftənin əvvəlində Ermənistana, ardınca Gürcüstana, daha sonra isə Azərbaycana səfər ediblər. Səfərin məqsədi Cənubi Qafqaz ölkələri ilə Avropa ittifaqı arasında əməkdaşlığı, eyni zamanda regiondakı inkişafları müzakirə etməkdir.










































Dünyanın ilk qaça bilən robotu - VİDEO

Xəbər xətti

“Şərqi Avropaya nüvə başlıqları yerləşdirmək zəruri hal alıb” – Ukraynalı Deputat
“Şərqi Avropaya nüvə başlıqları yerləşdirmək zəruri hal alıb” – Ukraynalı Deputat
14:20 02.05.2024
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ
14:15 02.05.2024
Norveçli səyahətçi: “Ərazilərin minalarla çirklənməsinin çox dəhşətli nəticələri var”
14:10 02.05.2024
Qərbi Azərbaycanda çap edilən ilk türk qəzeti - ARXİV FOTOLAR
14:07 02.05.2024
Pəhriz üçün 10 QİDA - ARAŞDIRMA
Pəhriz üçün 10 QİDA - ARAŞDIRMA
14:00 02.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
13:52 02.05.2024
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi
13:49 02.05.2024
Cəbrayılın Horovlu kəndinə ilk köçün vaxtı AÇIQLANDI
13:44 02.05.2024
Füzuli rayonunun Qoçəhmədli kəndini bu Fond bərpa edəcək
13:35 02.05.2024
Misir və Türkiyə münasibətlərinin bərpa edilməsində yeni addım - Misirli Hərbi Ekspert Şərh Edir
13:30 02.05.2024
Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb
13:23 02.05.2024
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
13:10 02.05.2024
İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul etdi
13:00 02.05.2024
Dini liderlər Füzuli şəhərində
12:45 02.05.2024
Dünyanın ilk qaça bilən robotu - VİDEO
Dünyanın ilk qaça bilən robotu - VİDEO
12:30 02.05.2024
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmi turizm paytaxtı olacaq
12:15 02.05.2024
Süni intelektə görə  4 ayda 80 minə yaxın işçi işdən çıxarılıb
Süni intelektə görə 4 ayda 80 minə yaxın işçi işdən çıxarılıb
12:00 02.05.2024
Norveçli səyyahlar Şuşaya GETDİLƏR
11:51 02.05.2024
Ermənistan ordusu Macarıstanda hərbi təlim keçib
Ermənistan ordusu Macarıstanda hərbi təlim keçib
11:39 02.05.2024
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:36 02.05.2024
Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır
11:28 02.05.2024
Hikmət Babaoğlu: "Qərbi Azərbaycan televiziyasının istiqamətlərindən biri də qlobal ictimai rəy formalaşdırmaqdır"
11:20 02.05.2024
Beynəlxalq səyyah Füzulidə dağıdılmış tikililərdən danışdı
11:18 02.05.2024
"ABŞ Polşanı müharibəyə sürükləyir" Ukraynalı Müxalifət Lideri
"ABŞ Polşanı müharibəyə sürükləyir" Ukraynalı Müxalifət Lideri
11:15 02.05.2024
Azərbaycanda yeni peyvənd əlavə OLUNDU
11:05 02.05.2024
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
11:03 02.05.2024
Süni ətlə bağlı gerçəklər üzə çıxıb
Süni ətlə bağlı gerçəklər üzə çıxıb
11:00 02.05.2024
Şuşada şəhərdaxili sərnişindaşımaya bu halda icazə veriləcək - QƏRAR
10:55 02.05.2024
Bu kollecə yeni direktor təyin olundu
10:52 02.05.2024
Von der Leyen: Gürcüstan Avropa yolunda qalmalıdır
Von der Leyen: Gürcüstan Avropa yolunda qalmalıdır
10:50 02.05.2024
ADA Universitetində Karyera sərgisi keçirilir - BAMF-da iştirakçılar arasındadır - FOTOLAR - VİDEO
10:48 02.05.2024
Media: Bakı Təl-Əviv və Ankara arasında potensial vasitəçidir
10:45 02.05.2024
Rezident olmaq istəyənlər imtahan verəcək
10:35 02.05.2024
Afrika və Avropa arasında meqa layihə
Afrika və Avropa arasında meqa layihə
10:30 02.05.2024
Kəlbəcərin Baş planı təsdiqləndi
10:25 02.05.2024
Paşinyan Azərbaycanla müharibə riskindən danışıb
10:20 02.05.2024
Starbucks-ın büdcəsi boykotlara görə sarsılıb
Starbucks-ın büdcəsi boykotlara görə sarsılıb
10:20 02.05.2024
Sudan Britaniyanı ölkənin işlərinə qarışmaqda ittiham edir
Sudan Britaniyanı ölkənin işlərinə qarışmaqda ittiham edir
10:15 02.05.2024
Bu gün Yasamalda qaz olmayacaq
10:10 02.05.2024
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış BAŞLAYACAQ SAYI
10:05 02.05.2024
Hamısı