"Agentlik tərəfindən 4-cü sinifdən sonra "Son zəng" keçirilməsi ilə bağlı nə məktəblərə, nə də bağçalara tapşırıq verilib. Bu, valideynlərin öz istəyi ilə reallaşdırılır.
Ednews xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində səsləndirib.
Eşqi Bağırov qeyd edib ki, məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik".