Türk sənət musiqisinin "imperatoru" İbrahim Tatlısəs ötən gün əməliyyat olunub.
Ednews türk mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı sənətkar ürəyindən əməliyyat keçirib.
2,5 saat davam edən cərrahi müdaxilə uğurla başa çatıb. İbrahimi ailə üzvləri xəstəxanada tək qoymayıblar.
Hazırda həkim nəzarətində olan Tatlısəs özünü yaxşı hiss edir və bir neçə gün sonra evə buraxılacaq.