İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib.
O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 seçki daimi məntəqəsi seçkilərə tam hazırdır:
“Bundan başqa dediyimiz kimi biz müvəqqəti – 5 günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq”.