Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlandı – FOTO

Cəmiyyət 13:03 14.12.2024

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Azərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib. Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb. Bu barədə AMZA sədri, layihə rəhbəri Rey Kərimoğlu çıxış edərkən bildirib:

“Biz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirdik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”, “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçün  zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən  866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib. Toplanmış məlumatlar mina/PHS-lərin (Partlamamış Hərbi Sursatlar) insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Bu cür vacib layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və komandasına minnətdarlığımızı bildiririk.”

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görə ANAMAvə BAMF rəhbərliyinə, həmçinin dövlət orqanlarına minnətdarlığını bildirib.

Açılış nitqindən sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib. 

Ekspertin çıxışından sonra söz alan ANAMA Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri mina probleminin aktuallığı və ANAMA-nın mina probleminin nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən danışdı:

"Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfər həlak olub, 312 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu hadisələrin 70%-ə yaxını müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən kənarda mülki təyinatlı ərazilərdə qeydə alınıb. Sözsüz ki, aparılan maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 2020-ci ildən bu günə qədər insidentlərin sayında azalma müşahidə olunub. Dövlət qurumları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər - səhiyyə, sosial müdafiə qurumları ilə birgə görülən tədbirlərin nəticəsində insidentlərin yarıdan çoxunun qarşısı alınıb”.

ANAMA rəsmisinin çıxışından sonra söz alan BMTİP-in regional ofisinin minatəmizləmə üzrə proqram mütəxəssisi Qədim Tariq tədqiqatı yüksək qiymətləndirdi, həmçinin Azərbaycanın mina probleminin aktuallığı və problemlərin aradan qaldırılmağı yolunda beynəlxalq dəstəyin vacibliyini vurğuladı. Təmsil etdiyi təşkilatın bu yolda fəaliyyətindən də danışan Q.Tariq bundan sonra da dəstəyin artan templə davam edəcəyini qeyd etdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev də ev sahibi kimi qonaqları salamladı və AMZA heyətinə tədqiqat üçün təşəkkür etdi. BAMF-ın 25 ildən uzun müddətdir ki, mina probleminin həlli yolunda göstərdiyi səyləri barədə iştirakçıları məlumatlandıran U.Mirzəyev bu problemlə mübarizədə dövlət qurumlarıyla QHT-lərin qarşılıqlı fəaliyyətinin vacibliyindən danışdı.

Tədbirin gedişində UNICEF-in Fövqaladə Hallar və PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri Professor Elşad Məmmədov, ƏƏSMN-nin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, Minadan zərərçəkən. ANAMA yanında ictimai şuranın üzvü Hafiz Əzimzadə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyev, TƏBİB əməkdaşı Elşad Əliyev,“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov, Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin direktoru Nadir Cəfərov,  ANAMA -nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin baş mutəxəssisi Ceyhun Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə və digər iştirakçılar söz alaraq tədqiqata və layihəyə dair razılıqlarını ifadə etdilər. 

Tədbirin sonunda iştirakçılar və təşkilatçılar xatirə fotosu çəkdirdilər.

Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb

Xəbər xətti

Sabah çimərliklərdə hava necə olacaq?
19:00 27.06.2025
"Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
18:45 27.06.2025
Arxiyepiskop İstintaq Komitəsinə getdi
18:30 27.06.2025
Devid Bekhem əməliyyat olundu
18:15 27.06.2025
Rəqəmsal nəqliyyat bizə nə vəd edir?
18:08 27.06.2025
"Bizə yeni nəqliyyat dəhlizləri lazımdır"
17:45 27.06.2025
"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
16:45 27.06.2025
İsrail "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib
15:15 27.06.2025
MEDİA və "Euronews"un keçirdiyi təlim proqramı yekunlaşdı
15:00 27.06.2025
Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb
14:45 27.06.2025
Kilsə və Rusiya tərəfdarları Paşinyana qarşı: Ermənistandakı xaos böyüyür
14:29 27.06.2025
Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdü
14:14 27.06.2025
ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
Hamısı