Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ictimai xadim “Əməkdar Mədəniyyət işçisi” Umud Mirzəyev universitetin filologiya fakültəsinin müəllim-tələbə heyəti ilə görüş keçirib.
“EDnews” xəbər verir ki, əvvəlcə Umud Mirzəyevin qurucusu və rəhbəri olduğu Beynəxalq Avrasiya Mətbuat Fonudunun fəaliyyətini əks etdirən qısa-metrajlı sənədli film nümayiş olunub. Daha sonra fondun prezidenti U.Mirzəyev karyerasının ilk günlərindən indiyədək özünün və BAMF-ın əldə keçdiyi yoldan, mühüm nəailiyyətlərdən və görülən işlərdən danışıb. O, günümüzdə vətəndaş cəmiyyəti təşkilatlarının önəmli missiya daşıdığını və müxtəlif istiqamətlərdə uğurlu işlərin görüldüyünü diqqətə çatdırıb.
Görüş tələbələri maraqlandıran suallarla davam edib. Tədbirin sonunda Umud Mirzəyevlə görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.