Məktəblərdə islamofobiyanın qadınların həyatına təsiri barədə maarifləndirmə işləri aparılmalıdır.
“EDnews” xəbər verir ki,bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü, deputat Gülşən Paşayeva Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, kişilərdən fərqli olaraq hicab yaxud niqabda olan xanımlar dini inanclarını bəlli edirlər:
"Bəzi qüvvələr də bunu mənfi şəkildə qələmə verir. Müsəlman qadınlar bir sıra qısnamalar və ayrı-seçkiliyə məruz qalırlar. Onlar bu cür hallarla iş yerlərində, təhsil ocaqlarında eləcə də kariyerasını qurmağa çalışarkən üzləşirlər. Məktəblər də bu sahədə media savadlılığı, islamofobiyanın qadınlara təsiri mövzularında maarifləndirmə işləri apara bilərlər".
O bildirib ki, Azərbaycan unikal multukulturalizm nümunəsidir:
"Azərbaycan 1918-ci ildə qadınlara səs vermə hüququnu vermiş ilk ölkədir. Bununla yananan ənənə davam edir və Azərbaycan qadını hər yerdə öz gücünü göstərir".