Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində 3 iyul 2026-cı il günorta saatlarınadək suyun verilməsində fasilə müşahidə olunacaq.
Agentlik müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.






