7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində Avropa liderləri Ukraynaya iki il ərzində ən azı 140 milyard avro yardım ayıracağını açıqlayacaqlar.
EDnews xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən "Handelsblatt" qəzeti məlumat yayıb.
Məlumata görə, Aİ liderləri və Kanada tərəfindən hazırlanmış zirvə bəyannaməsi layihəsində Kiyevə 2026-cı il üçün 70 milyard avro və 2027-ci il üçün ən azı eyni məbləğdə yardım paketi nəzərdə tutulub.
Qeyd olunur ki, alyansın bəyannaməsində ölkələr və ya kvotalar üzrə töhfələrin bölgüsü nəzərdə tutulmayıb, ona görə də ödənişlərin məbləği hər bir üzv dövlətlə fərdi olaraq müzakirə olunacaq.
Qəzet ABŞ-nin bu layihədən əsasən geri çəkildiyini vurğulayıb.








