Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın ölkənin Pakistandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
EDnews xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
"Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda səfir (iqamətgahı Əbu-Dabidə olmaqla) təyin edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, Ermənistan və Pakistan 2025-ci il avqustun 31-i rəsmi olaraq diplomatik münasibətlər qurublar.









