"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi çərçivəsində 70-dən çox ünvanda axtarışlar aparılır.
EDnews xəbər verir ki, bunu Ermənistan Respublikasının İstintaq Komitəsi "Sputnik Ermənistan"a bildirib.
Bazar ertəsi səhərindən bəri malikanədə və PAP lideri, iş adamı Qaqik Tsarukyana məxsus "Multi Group" şirkətinin tərkibinə daxil olan demək olar ki, bütün şirkətlərdə axtarışlar aparılıb.
Qeyd edilib ki, axtarışlar həmçinin Tsarukyana məxsus "Multi Tabak" müəssisəsində də aparılır.








