Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri

Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - <span class="text-danger">Ekspertiza nəticələri</span>

2025-ci ildə baş verən yol-nəqliyyat hadisəsinə görə ötən ay 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın məlum qəzası ilə bağlı bir sıra maraqlı detallar üzə çıxıb.

EDnews xəbər verir ki, bu faktlar iyunun 7-də başa çatan məhkəməyə təqdim olunan ekspertiza rəyləri əsasındadır.

Sözügedən qəzanın gündəmdə qaldığını, kifayət qədər müzakirələrə səbəb olduğunu nəzərə alaraq, həmin ekspert rəylərini təqdim edirik.

Məlum olduğu kimi, qəza gecə saat 00:53 radələrində baş verib. Ekspert rəyində isə qeyd olunur ki, Amal Məlikovun ölümü saat 03:00-da, yəni qəzadan 2 saat 7 dəqiqə sonra baş verib. Amal Məlikovun ölümünə yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar səbəb olub.

Qəzadan 41 dəqiqə sonra isə İlduzə Hacıyeva xəstəxanda olub, ona ilkin tibbi yardım göstərildikdən qısa müddət sonra oradan ayrılıb və daha sonra hava limanına yollanaraq ölkəni tərk edib.

İlduzə Hacıyeva Amalın idarə etdiyi "Mercedes” markalı avtomobilin onun idarəetməsində olan "Changan” markalı maşına dəymədiyini iddia etsə də, ekspertiza nəticəsində onun dedikləri təkzib olunub.

Belə ki, tədqiqat üçün avtomobillərdən həm zədələnməmiş örtüyündən, həm də avtomobilin zədə almış hissəsindən lak-boya nümunələri götürülüb.

Ekspert rəyindən məlum olub ki, "Mercedes Benz” markalı avtomobilin arxa sağ təkərinin üst hissəsində ağ rəngli fraqment şəklində lak-boya hissə aşkar olunub. Bu boya isə "Changan”ın ön solqanad hissə ilə bufer hissəsinə kəsişməsində aşkar olunmuş lak-boya ilə eynilik təşkil edib.

Həmçinin iş materiallarında olan DVD diskdə olan videogörüntüdən də müəyyən edilib ki, avtomobillər toxunma nəticəsində istiqamətini dəyişib. Bu hal təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin faktiki halları ilə üst-üstə düşən və onun təqsirliliyini təsdiq edən mötəbər sübut kimi qəbul olunub.

O da dəqiqləşib ki, İlduzə Hacıyeva dönmə əməliyyat edən zaman Amal Məlikovun idarə etdiyi avtomobillə onun arasında 29 metr məsafə olub. Bu zaman Amal Məlikovun avtomobilinin sürəti 100 km/saat təşkil edib.

 

Qeyd olunub ki, İlduzə Hacıyeva təhlükə yarandığını görməsinə baxmayaraq, günlük icarə əsasında idarə etdiyi "Changan” markalı avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb. O, həmin avtomobilin onu ötüb keçməsini gözləmədən dönmə manevrli hərəkətini davam etdirib.

Bu işdə ən çox müzakirə olunan məsələlərdən biri də İlduzə Hacıyevadan barışıq üçün tələb olunan məbləğdir. Məlum olub ki, hadisə nəticəsində digər zərərçəkmiş, Amal Məlikovun həyat yoldaşı Sənubər Muradova eşitmə qabiliyyətini itirib. Bu fakt iş materiallarında da öz təsdiqini tapıb.

Elə buna görə də, Sənubər Muradova İlduzə Hacıyevaya qarşı mülki qaydada iddia qaldıraraq, müayinə və müalicə ilə bağlı ödədiyi 2103 manat, apteklərdən dərmanların alınmasına görə ödədiyi 609 manat, "Koxlear implantasiya” əməliyyatının keçirilməsi və hər iki qulağına qoyulacaq iki ədəd eşitmə cihazının qiyməti olan 102 000 manat ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Sənubər Muradovanın mülki iddia ərizəsində tələb etdiyi məbləğ üzrə kifayət qədər təsdiqedici sübutları məhkəməyə təqdim etmədiyindən, əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildiyindən, onun İlduzə Hacıyevaya qarşı maddi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanılıb. Məhkəmə belə qərara gəlib ki, Sənubər Muradovaya mülki mühakimə icraatı qaydasında Hacıyeva İlduzə Elmar qızına qarşı iddia vermək hüququ izah edilməlidir.

 

Xəbər xətti

Cənubi Koreya prezidenti yeganə mənzilini satır
19:53
Zelenski onu yeni Baş nazir kimi görür
19:46
İki qurum birləşir: Azərbaycan mediasını hansı dəyişikliklər gözləyir?
19:37
Ukrayna 116 gəmini vurdu: Rusiya ixracı iflic oldu
19:28
İrana sanksiya: 130 milyon dollarlıq rəqəmsal aktiv donduruldu
19:17
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
19:04
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
18:52
"Yaprak Dökümü" "Şevket"i illər sonra - Foto
18:46
Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto
18:43
Aydın Tağıyevin “Qələbənin Memarı” kitabının təqdimatı keçirilib - FOTOLAR
18:40
Sabiq nazirin hesabı oğurlandı - Elə bir şey etdilər ki...
18:37
“Nissan” iki məşhur modelinin istehsalını dayandırır
18:28
Tramp Ukrayna münaqişəsinin bitəcəyi tarixi açıqladı
18:13
"ABŞ-İran münasibətləri İraqın xarici siyasətinə birbaşa təsir etməməlidir" - Politoloq
18:00
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib- YENİLƏNİB
17:49
Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
17:46
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaqlar
17:21
Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü
17:18
Tramp "kartları açdı" İran rəhbərliyinə qarşı sui-qəsd... - SENSASİON AÇIQLAMA
17:00
Tiranozavr reks skeletinə görə - 50 milyon
16:58
Sürücülərə XƏBƏRDARLIQ! - Bu avtomobillərdə YANĞIN RİSKİ ÇOXDUR
16:50
Varşavada Prezident sarayı yaxınlığında silahlı şəxs saxlanılıb
16:39
"Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na dəyişiklik edildi
16:35
Avropa ölkələrinin Azərbaycana MARAĞI ARTIR
16:30
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
16:28
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
16:18
Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı niyə gündəm oldu? – Mütəxəssis səbəbləri açıqladı
16:16
Yamalın evinə basqın etmək istədilər - Mühafizəçilər qarşısını aldı
16:10
14 il şiddət görən qadının əri saxlanıldı
16:03
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:57
FHN-dən əhaliyə MÜRACİƏT
15:51
XİN Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ EDİB
15:32
Baş Prokurorluqdan şirkət rəhbərinin iddialarına CAVAB
15:20
Qadınına zorakılıq etdi - SAXLANILDI
15:11
DÇ finalının fasiləsi UZADILIR
15:03
Baş nazir Slovakiya Prezidenti ilə görüşdü - YENİLƏNİB
14:59
ABŞ-dən İrana qarşı yeni ZƏRBƏ DALĞASI
14:47
Rusiyadan Sumıya hücum - ÖLƏN VƏ YARALANANLAR VAR
14:33
Kirayə ev elanlarında ayrı-seçkilik: Ev sahibinin hansı tələbləri qanunsuzdur?
14:24
Bakıda avtobus sürücüsü sərnişinləri TƏHQİR ETDİ
14:18
Ermənistan hökumətində TRIPP müzakirəsi: ABŞ ilə saziş ratifikasiyaya çıxarılır
13:59
Paytaxtın bu küçəsində hərəkət istiqaməti DƏYİŞDİRİLİR
13:39
“Elmlər Akademiyası” Bakının xəritəsindən silinə bilər? -AÇIQLAMA
13:23
Zaur Kamaldan ŞOK İDDİA: "Oğlumun adından müğənnilərdən pul istəyirlər"
13:18
Əməkdar artistin evində yanğın olub- GÖRÜNTÜ
13:07
10 nəfərin öldüyü yanğın işi: Təqsirləndirilənlərin cəzası azaldıldı
12:57
Sabahın havası AÇIQLANDI
12:47
Azərbaycanda yeni 100 manatlıqlar dövriyyəyə buraxıldı
12:37
Hakan Fidan bu gün UKRAYNAYA GEDİR
12:27
Netanyahu ABŞ-yə SƏFƏR EDƏCƏK
12:23
Qara dənizdə Rusiya donanmasına ağır zərbə: 20 gəmi vuruldu
12:08
İsveçin yeni səfiri Azərbaycanda fəaliyyətə BAŞLAYIR
12:02
Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
11:58
Milli Məclis Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək
11:55
Sahibə Qafarova vəfat edən sabiq Əmirlə bağlı Prezidentin başsağlığını çatdırıb - YENİLƏNİB
11:50
ABŞ İranda hərbi hissəni BOMBALADI
11:40
Türkiyə səfirindən 15 İyulla bağlı AÇIQLAMA: Azərbaycan qardaşlığını o gecə göstərdi
11:35
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
11:26
İran Səhiyyə Nazirliyindən AÇIQLAMA: YÜZLƏRLƏ YARALI VAR
11:15
Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub - FOTO
11:05
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR