Myanma ordusu ölkədəki müsəlmanlara qarşı yenidən cinayət törədib. Myanmada müsəlmanların yaşadığı Rohinqiya bölgəsində əsgərlər əməliyyat keçirib.
Əməliyyat zamanı 28 müsəlman öldürülüb. Vertolyotlardan açılan atəş nəticəsində onlarla evin alışaraq yandığı bildirilir. İnsan Haqları Müşahidə Təşkilatı da (Human Rights Watch) verdiyi bəyanatda son 1 həftədə bölgədə 400 evin yandırıldığını bəyan edib.