"Azərbaycan və Gürcüstan şəxsi maraqların qurbanı ola bilər" Ekspertlər

Siyasi analitik İlqar Vəlizadə Azərbaycan və Gürcüstan arasındakı Keşikçidağ və David Qareci kilsəsinin sərhəd problemlərini izah edir.

Analitika 15:35 13.05.2019

Aprel ayının 23-dən bəri Azərbaycanla Gürcüstan sərhəddində yerləşən Keşikçidağ və ya David Qareci monastrı ilə bağlı müzakirələr davam edir. İki dövlət arasındakı sərhədlərin 66 faizi delimitasiya edilsə də 34 faizi  dəqiqləşdirilməyib.

Gürcüstan rəsmiləri sərhəd problemlərinin həlli haqqında bəyanatlar veriblər. Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani və Gürcüstanın Baş Naziri Mamuka Baxtadze bu problemin Azərbaycanın razılığı ilə həll olunacağına ümid etdiklərini ifadə edib.

Eurasia Diary bu problemin şərhi ilə bağlı Azərbaycan və Gürcüstan analitiklərindən müsahibələr alıb.

Siyasi analitik İlqar Vəlizadə hər iki tərəf arasında real problemin olmadığını qeyd edib.

‘’Diplomatik problem o zaman meydana gəlir ki, hər iki tərəfdən biri ərazi iddiası etsin. Amma bu məsələdə ərazi iddiası yoxdur. Hər iki tərəf qarşılıqlı razılıq çərçivəsində sərhəd delimitasiyası üzərində çalışırlar’.

İlqar Vəlizadə hesab edir ki, bəzi qruplar və siyasətçilər xüsusilə də Gürcüstanda özlərinin reytinqini qaldırmaq üçün bu vəziyyətdən istifadə edir. ‘’Onlar icitimaiyyətdən xal qazanmaq üçün populist çıxışlar edir və "mübahisəli ərazi" adlandırdıqları sərhəd ərazisinə gələrək burada etiraz aksiyaları keçirirlər. Lakin həm gürcüstanlı, həm də azərbaycanlı ictimai xadimlər məsələyə soyuqqanlı yanaşmalı və məsələni qızışdırıb problem halına gətirməməlidirlər. Əks təqdirdə bu hər iki dövlət və xalq üçün zərərli ola bilər’’

"Əlbəttə, əgər daha dərin provokasiya olunsa hətta qan tökülsə bu münasibətlərin korlanmasına gətirib çıxara bilər. Dövlət xadimləri bu işə mütləq qarışmalıdır, çünki hər şey onlardan asılıdır", siyasi ekspert vəziyyəti izah edib.

İ. Vəlizadə həmçinin bildirib ki, tərəflər delimitasiya məsələləri üzərində çalışırlar. Bu işlə məşğul olan komissiya fəaliyyət göstərir və bu komissiya indiyədək 11 iclas keçirib. Həmçinin ötən günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gürcü həmkarı ilə səmərəli görüş keçirib. Bu görüş bir daha göstərdi ki, heç bir narazılıq və problem yoxdur. Sadəcə bəzi texniki məsələlər mövcuddur və onların həlli üçün tərəflər çalışır. 

"Qeyd etdiyim kimi, bəzi partiyalar bu vəziyyəti qızışdırmağa cəhd göstərir, problem kommisiyanın qərarı çərçivəsində həll olunmalıdır" deyə İlqar Vəlizadə fikrini tamamlayıb.

 

Eurasia Diary gürcü siyasi analitik Gela Vaşadzenin məsələ ilə bağlı fikilərini öyrənib. “Xüsusi hallarda sərhəd təhlükəsizliyini artırmaq normal haldır. Azərbaycan Formula-1 müsabiqəsinə ev sahibliyi etdi və bu tarixlər xristianların Pasxa bayramı ilə üst-üstə düşdü. Burada təşviq etməyə çalışan tərəflər üçün xüsusi motivlər var,” Gela Vasadzadə baş verən hadisələrin səbəblərini izah etdi.

Gürcüstanlı mütəxəssis hesab edir ki, bu problemlər Azərbaycan və Gürcüstan münasibərlərinə birbaşa zərər vurur. “İki ölkə arasında strateji əməkdaşlıq mövcuddur. Biz sosial mediada insan faktorunu inkar edə bilmərik, bunun insanlara təsirinə də laqeyd yanaşmamalıyıq. Nəyisə məhv etmək asandır, amma bərpa etmək uzunmüddətli səylər tələb edir”.

“Faktiki olaraq, problem hələ də həll edilməyib, çünki ölkələrimiz bunun kiçik problem olduğunu hesab ediblər və bunun müəyyən müddətə gecikdiməyin mümkünlüyünü düşünüblər. Lakin vəziyyət bunun heç də belə olmadığını göstərib. Dövlətlər arasında problemlərin böyüklüyü və ya kiçikliyinin fərqi yoxdur. Problemləri gözardı etmək həll yolu deyil.

Vaşadze yaranmış mübahisəni münaqişə kimi qəbul etmir və vəziyyəti sadəcə problem kimi qiymətləndirir. “ Şəxsən mən hesab edirəm ki, ən sərfəli həll yolu ümumi tarixi və mədəni qoruğun yaradılmasıdır, bu ziyarətçilərin və turistlərin cəlb olunmasına şərait yaradacaq. Mənfiləri üstünlüyə çevirməyi öyrənməyin tam vaxtıdır və Qafqazdakı bütün mübahisəli məsələlərin həlli üçün bu yaxşı nümunə ola bilər”, deyə Gela Vaşadze həll yolunu bu çür izah edib.

 

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı