Gürcüstanlı deputat sərhədçilərimizə təşəkkür etdi “Gürcü hökuməti aranı qızışdırır”

Analitika 11:30 16.07.2019

Xəbər verdiyimiz kimi iki gün öncə "Keşikçidağ" məbədi ətrafında bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu  sosial şəbəkələrdə yayılıb. 

 

Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, onlar faktiki seyrçi mövqeyi tutublar və hadisələrə müdaxilə etməyiblər.

Bu hadisə artıq aylardır müzakirələrə səbəb olan “Keşikçidağ” məbədi problemini yenidən aktuallaşdırıb. Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasındakı sərhəd ərazilərin 64%-i delimitasiya edilib. Qalan 36% mübahisəli ərazi hesab edilir və bu monastdra o ərazidə yerləşir. Aprel ayının 23-də Gürcüstan prezidenti Salome Zurabişvilinin ərazinin təcili delimitasiyasıyla bağlı çağırışından sonra Azərbaycan sərhədiçiləri ərazidə nəzarəti gücləndirmişdi. Nəticədə Gürcüstan vətəndaşlarının əraziyə daxil olmasında problemlər meydana gəlmişdi.

keşikçidağ ile ilgili görsel sonucuv

Azərbaycan və Gürcüstan tərəfi sözügedən ərazinin delimitasiya edilməsi üçün işçi qrupları və komissiyalar yaradıb. Lakin gürcü aktivistlərin son olayda Azərbaycan əsgərini tərkisilah etməsi xüsusən Azərbaycan ictimaiyyətində ciddi narahatçılıq doğurub.

Məsələylə bağlı Gürcüstan azərbaycanlısı və Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Eurasia Diary-ə eksklüziv açıqlamalar verib.

Görüntünün olası içeriği: 1 kişi

A.Süleymanlının sözlərinə görə bu hadisələr Azərbaycan və Gürcüstan arasındakı münasibətləri gərginləşdirməyi hədəfləyən qüvvələr tərəfindən yaradılmış provakasiyadır:

“Keşikçidağ məsələsi aktuallaşandan bu yana mən eyni sözləri hər iki ölkənin mətbuatına verdiyim açıqlamalarda təkrar edirəm. Bu məsələdə üçüncü qüvvə aranı qızışdırır. Gürcüstan və Azərbaycan arasında problem yaratmaq istəyən, bu iki dövlətin müttəfiqliyindən narahat olan qüvvələr var. Bu qüvvələr müxtəlif provakatorlar, özünü təsdiq etməyə çalışan siyasi qruplardan məharətlə istifadə edib bu məsələni qızışdırırlar, lakin tərəflər soyuqqanlılığını itirməməli, bu məsələdə diqqətli olmalıdır. Əlbəttə ki, Azərbaycan əsgərinə edilən hörmətsizlik həm də Azərbaycan dövlətinə və xalqına edilmişdir. Bu bizi, iki dövlətin müttəfiqliyini qorumağa çalışan insanları çox narahat edir. Lakin mən bir millət vəkili kimi öz soydaşlarıma çatdırmaq istərdim ki, bütün Gürcüstan vətəndaşları “Keşikçidağ” ərazisində təxribat törədən provakatorlarla eyni fikirdə deyillər və onların mövqeyini əsla dəstəkləmirlər”.

Gürcüstanlı deputat belə hesab edir ki, sərhəddə yaşanmış olayda Azərbaycan əsgərinin nümayiş etdirdiyi davranış təqdirəlayiqdir.

İlgili resim

“Hadisənin videosunu izlədikdən sonra sözün həqiqi mənasında Azərbaycan əsgərinə təşəkkür etməyi özümə borc bildim. Əsgər ora yığışan provakotlarla münaqişəyə girmədi, soyuqqanlılığını qorudu. O şəraitdə Azərbaycan əsgəri hər cür yola əl ata, hətta atəş aça bilərdi. Lakin səbrlə oraya yığışan insanları sakitləşdirməyə çalışırdı. Düşünürəm ki, həmin əsgərlərə bütün Gürcüstan vətəndaşları təşəkkür borcludur. Çünki onlar provakasiyaya getmədilər və iki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsinin qarşısını aldılar”- deyən Azər Süleymanov baş verən hadisəyə gürcü sərhədçilərinin sadəcə tamaşa etməsini və heç bir Gürcüstan güc strukturunun olaya müdaxilə etməməsini Gürcüstan hökümətinin yürütdüyü siyasətlə əlaqələndirib:

“Heç bir güc strukturu bu ixtişaşlara müdaxilə etmədi. Buna səbəb hökümətdən konkret əmrin gəlməməsi idi. Bu artıq sərhəddə yaranmış necənci belə ixtişaşdır. İvanaşvili hökuməti qəsdən bu hadisənin üzərinə gedir və aranı qızışdırır. Bilirsiniz ki, son bir ayda onların iqtidarı nə qədər nüfuz itirdi. Hətta parlamentin sədri etiraz aksiyalarından sonra istefa verməyə məcbur oldu. Ölkədə İvanaşvili komandasına, iqtidara qarşı ciddi narazılıq var. Belə olan halda iqtidar ucuz siyasi oyunlara, bu cür ixtişaşlara əl atmaqla həm fikir yayındırı, həm də öz nüfuzunu artırmağa çalışır”.

A.Süleymanov onu da vurğulayıb ki, Azərbaycan tarix boyu Gürcüstana dəstək olub: “Gürcü xalqı 2003 və 2008-ci illər krizində Azərbaycanın dəstəyini unutmayıb. Rusiya ilə müharibə dövründə Gürcüstan Azərbaycanın yardımları nəticəsində üzləşdiyi böhrandan xilas olub. Azərbaycanın etdiyi bu yaxşılıqlar unudulmamalıdır və iki dövlətin müttəfiqliyi davam etdirilməlidir”.

 

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı