“MiQ-29-un quşla toqquşaraq qəzaya uğraması nağıldır” Pilotun qəzası ilə bağlı müəmma...

Analitika 11:34 23.08.2019

"Rusiyanın istehsalı olan və döyüş şəraitinin ekstremal situasiyalarına tab gətirməyə hesablanan MiQ-29 hərbi təyyarəsinin quş və ya quş dəstəsiylə toqquşma nəticəsində qəzaya uğramasının ehtimalı çox cüzidir".

Eurasia Dairy xəbər verir ki, bunu BBC News Azərbaycancaya müsahibəsində Rusiyanın əməkdar sınaqçı pilotu, MiQ təyyarələrini sınaqdan keçirən peşəkar mütəxəssis Maqomed Tolboyev bildirib.

"Quş və ya quş dəstəsiylə toqquşaraq MiQ-29 qəzaya uğraya bilərmi?" sualına rusiyalı pilotun cavabı belə olub: "Yox. Yox! Bu, nağıldır! MiQ-29 heç vaxt quşlara görə qəzaya uğramayıb!"

Azərbaycanın Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğramasının səbəbini onun yad cisimlə - quş və ya quş dəstəsilə - toqquşması ilə izah edib.

Müdafiə Nazirliyinə məxsus MiQ-29 döyüş təyyarəsinin iyulun 24-də gecə saatlarında qəzaya uğraması nəticəsində pilot Rəşad Atakişiyev həlak olub.

"MiQ-29-un iki mühərriki var, hətta mühərriklərdən birinə hansısa quş girsə də, ikinci mühərrik işləyir. Quş quşdur da. Təyyarənin qanadına və ya quyruğuna dəyə bilər. Və ya mühərrikə girə bilər. Kiçik bir quşdursa - mühərrikdə doğranıb-üyüdüləcək, iri quşdursa - mühərrik dayana bilər. Lakin bütün bunları yalnız sənədlər əsasında ("qara qutu"nun məlumatları əsasında) demək olar. Sənədləri görmək lazımdır. Sənədləri təqdim etsəniz, dərhal sizə məlumat verərdim".

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu"dakı) məlumatlar mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Maqomet Tolboyev şəxsən özü MiQ-29 təyyarələrini sınaqdan keçirdiyini bildirib.

O, MiQ-29 təyyarəsinin katapult-oturacaqla təchiz olunduğunu vurğulayıb.

"Bu, əla bir katapult-oturacaqdır. KS markalı - xilasedici oturacaq adlanır. Bu cihazın müəllifi Qay Severindir (Sovet və Rusiya mühəndisi və alimi - redaksiya). Bu oturacaq-katapult hər kəsi sıfır hündürlükdən belə xilas edə bilər", - Tolboyev deyib.

MiQ-29

Onun qənaətincə, görünür, elə bir hadisə baş verib ki, pilot katapultdan istifadə edə bilməyib.

Mərhum pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinlinin sözlərinə görə, "pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı, sonra isə təyyarənin gövdəsindəki oturacaqda bədəninin digər hissələri aşkar olunub".

Bununla bağlı Maqomed Tolboyev xatırladıb ki, təyyarə suya dəyəndə, təyyarəyə dəyən zərbənin təsiri olduqca güclü ola bilər.

"Belə bir qanun var - torpaq sıxıla bilər, su isə heç vaxt sıxılmaz. Suyun zərbəsi dəhşətli olur".

Tolboyevin ehtimallarına görə, "görünür, pilot katapultdan istifadə etməyib, təyyarəsi suya cırpılıb və nəticədə, dəhşətli gücdə zərbəyə məruz qalıb".

Hərbi təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot Rəşad Atakişiyev xəsarət alıb, Müdafiə Nazirliyi bildirib.

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.

Maqomed Tolboyev - Sovet və Rusiya hərbi pilotu, Rusiya Federasiyasının fəxri sınaqçı pilotu, sınaqçı kosmonavtıdır,onun general-mayol rütbəsi var, Rusiya Federasiyasının Qəhrəmanı fəxri adına 1992-ci ildə layiq görülüb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı