“ÜTT-yə üzvlük Azərbaycanda siyasi və iqtisadi sabitliyi poza bilər” ekspert

Analitika 12:32 13.09.2019

“İqtisadi diversifikasiya müxtəlif ixracat istiqamətlərinin yaradılmasını tələb edir ki, bu da yeni tərəfdaşlarla əməkdaşlıq yolu ilə mümkündür. Son dövrlərdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsi də bu zərurətin nəticəsidir”.

Eurasia Diary xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun “Jamestown Foundation” tərəfindən nəşr olunmuş “Azərbaycanda iqtisadi diversifikasiya və onun geosiyasi təsirləri” adlı məqaləsində deyilir.

Bildirilir ki, bu həm də Çinin Cənubi Qafqazdakı siyasi təsirini artırmağa şərait yaradır: “Eyni zamanda Azərbaycan Kəmər və Yol Layihəsi çərçivəsində bir çox ölkələrdə yaranmış borc problemləri ilə də yaxından tanışdır. Çin ilə əlaqələrdə Azərbaycan bu amilləri də nəzərə alır”. Müəllif qeyd edir ki, Azərbaycanda iqtisadi diversifikasiyaya təsir edən amillərdən biri də qeyri-neft ixracında qonşu ölkələrin, xüsusilə də Rusiya və Türkiyənin payının çox olmasıdır: “Qeyri-neft sektorunda ən böyük paya sahib olan kənd təsərrüfatı mallarının böyük hissəsi məhz bu ölkələrə ixrac edilir. Lakin bu asılılığı aradan qaldırmaq asan deyil. Belə ki, yerli ixracatçıların yeni bazarlara cəlb edilməsi və məhsulların keyfiyyət və xüsusiyyətlərinin yeni bazarlara uyğunlaşdırılması zaman tələb edir. Ona görə hələ də ölkələr baxımından ixracda diversifikasiyanın yüksək səviyyəsi əldə edilməyib”. Qeyd olunur ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük də iqtisadi diversifikasiyanın sürətləndirlməsi üçün səmərəli vasitələrdən biri ola bilər: “Lakin Azərbaycan ÜTT-nin kənd təsərrüfatına yönəldilən subsidiyaların əhəmiyyətli dərəcədə azaldılması tələbini qarşılamaq istəmir. Ona görə ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı əmək bazarının 36%-ni özündə cəmləşdirir və yerli məhsullar hələ ki keyfiyyət və qiymət baxımından xarici məhsullar ilə rəqabət aparmaq gücündə deyil. Bu şərtlər daxilində Azərbaycan hələ ki, ÜTT-yə qoşulmaq niyyətində deyil, çünki bu ölkəyə xarici təsirləri artırmaqla siyasi və iqtisadi sabitliyi poza bilər”.

Müəllif əlavə edir ki, iqtisadi diversifikasiya mürəkkəb bir prosesdir və bu istiqamətdə gediləcək uzun yol var, buna görə də hələ ki, iqtisadiyyatın neft və qaz sektorundan asılılığı mövcuddur: “Hazırda baş verməsi proqnozlaşdırılan  qlobal iqtisadi böhran neftin qiymətlərinin azalmasına imkan yaradacaq, bu da qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini daha da artırır. Buna görə də qeyd edilən baryerlərin mövcudluğu şəraitində diversifikasiya siyasətinin həyata keçirilməsində Azərbaycanın üzərinə çətin vəzifə düşür. Bununla yanaşı o da qeyd edilməlidir ki, Azərbaycanın diversifikasiya istiqamətində iqtisadi inkişafı dəstəkləyən bir çox strateji addımlar atıb”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı