“Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” - Sabiq xarici işlər naziri | Eurasia Diary - ednews.net

23 Oktyabr, Çərşənbə


“Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” - Sabiq xarici işlər naziri

Ekspert rəyi A- A A+
“Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin bu gün Nyu-Yorkda keçiriləcək  görüşündən nəsə gözləmirəm. Adi bir görüşdür”.
 
Eurasia Diary xəbər verir ki, bu fikirləri Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edərkən bildirib.
 
Sabiq xarici işlər nazirinin sözlərinə görə, bu görüş baş tutmamalı idi:
 
“Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi”.
 
Qeyd edək ki, bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...