"Ermənilər utanmadan pul gözləyir" "5 rayonun əvəzində 5 milyon da vermərik" - Deputat

Analitika 10:07 28.09.2019

“Nezavisimaya qazeta”da erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc olunan məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair “Bolton planı” haqda sensasiyalı iddialar ortaya qoyulub. Yazıda Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Bəyan olunur ki, Paşinyanın vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib.

Eurasia Diary xəbər verir ki, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Teleqraf.com-a açıqlaması zamanı bu iddiaları rədd edib. Onun fikrincə, Rusiya mediasında bu kimi yazıların ortaya çıxması bir növ Paşinyana təzyiq məqsədi daşıyır: “Əslində bu yazıda ermənilər iştahalarını nümayiş etdirirlər. Rusiyada yaşayan ermənilər əslində Paşinyanı gözdən salmaq üçün belə iddialar çıxış edirlər. Bu kimi iddialar reallıqdan uzaqdır. Bunlar işğal nəticəsində törətdikləri ziyana görə, Azərbaycana ödəyəcəkləri bir kənara, utanmadan bizdən pul gözləyirlər. Əslində bu etik çərçivəyə sığmayan haldır və pul söhbəti heç kəsin ağlına gələ bilməz. 5 milyard... Nə danışırsan? Onların qoşunlarının işğal etdikləri torpaqdan çıxarılmasının müqabilində biz onlara heç 5 milyon da vermərik. Bunlar boş cəfəngiyyatdır”.

Mütəxəssis əlavə edib ki, əslində Putinin Yerevan səfəri öncəsi rus mediasında anti-Paşinyan məqalələrinin çoxalmasının səbəbləri var: “Əvvəla Paşinyan nala-mıxa vurur. Demək olar ki, Rusiyada 2 milyondan çox erməni yaşayır və onların güclü mövqeyi var. Paşinyanın siyasəti isə Rusiyadakı ermənilərə xeyli çətinliklər yaradır. Məsələn, Moskvada ermənilərə irad tutub deyirlər ki, gedin bu adamı ağıla gətirin. Yəni ermənilərin Rusiya hakim dairələri ilə əlaqələrinə də ziyan dəyir. Bu səbəbdən də Rusiyada olan ermənilər Paşinyana təzyiqi artırır. İndi bunun nə dərəcədə faydalı olacağını demək çətindir. Düşünmürəm ki, bu cür yazılarla Paşinyana təsir etmək mümkün olsun. Amma Rusiyanın əlində təsiri ola biləcək daha güclü rıçaqlar var. Hərbi cəhətdən ermənilərin şişməsinə pauza versə, dərhal erməni tərəfi yumşalacaq. Və ya Rusiya Ermənistanın nüvə elektrik stansiyasının modernləşdirilməsinin maliyyə yükünü boynuna götürüb. Söhbət Ermənistana 300 milyon dollardan kredit güzəştindən gedir. Rusiya bu maliyyəni dayandırsa Yerevan dərhal yumşalacaq. Yəni Moskvanın Yerevana ciddi təsir etmək üçün rıçaqları var, sadəcə hələlik bundan istifadə etmir. Əvəzində Paşinyana informasiya çimdikləri edir. Amma bu cür çimdiklərlə Paşinyanı indiki siyasətindən geri çəkilməsinə nail olunacağını düşünmürəm”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı