Ukraynanın sülh planı Qarabağda tətbiq oluna bilərmi? "DQR"-ə yüksək muxtariyyət...

Analitika 12:10 03.10.2019

Ukraynada 2013-cü və 2014-cü il “Maydan” hadisələrindən sonra separatçılar Donbassın böyük hissəsində nəzarəti ələ keçirdilər. O illərdə dağılmış vəziyyətdə olan Ukrayna ordusu separatçıların nəzarət etdiyi bögələri, o cümlədən Donetsk və Luqansk şəhərlərini azad edə bilmədi. Bundan sonra Minksdə danışıqlar başladı və tərəflər arasında razılaşma əldə olundu. Eurasia Diary xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşıb.

E.Şahinoğlunun sözlərinə görə, Minsk razılaşması münaqişənin necə həll olunmasını ehtiva edirdi: "Ancaq razılaşmadakı bəndlərin necə yerinə yetiriləcəyi dəqiqləşmədiyindən münaqişəni həll etmək mümkün olmadı. Nəticədə atəşkəs də mütəmadi pozuldu və hər iki tərəfdən itkilər qeydə alındı. Minsk prosesi ilə paralel “Normand dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) çərçivəsində də təmaslar olurdu. Ancaq bu çərçivədəki təmaslar da münaqişənin həllini sürətləndirdi. Buna baxmayaraq, 20 oktyabr 2016-cı ildə Berlində bir daha görüşən Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri Minsk razılaşması üçün “yol xəritəsinin” hazılanmasını məqbul saydılar. Almaniyanın hazırki prezidenti, o zamankı xarici işlər naziri Ştaynmayer “yol xəritəsini” hazırladı və tərəflərə təqdim etdi".

O, “Ştaynmayer formulu”nu izah edərkən deyib: "Birincisi, separatçı bölgələrdə ATƏT-in və digər beynəlxalq təşkilatların nəzarəti ilə seçkilər keçirilir".

"İkinci olaraq, seçki ilə eyni gündə separatçıların nəzarət etdiyi bölgəyə müvəqqəti əsasda xüsusi status verilir. ATƏT seçki nəticələrini açıqladıqdan sonra status daimi xarakter daşıyacaq. Xüsusi status geniş siyasi və iqtisadi muxtariyyəti diqtə edir. Bununla bağlı Ukrayna parlamenti müvafiq qanun qəbul etməlidir".

Ekspert üçüncü məqam kimi qeyd edib ki, hər iki tərəf ağır silahları təmas xəttindən razılaşdırılan məsafədə geri çəkməlidirlər.

"Dördüncüsü, böyük amnistiya elan edilir, Ukrayna həbsxanalarında olan separatçılar, separatçıların əlində olan ukraynalı döyüşçülərin tamamı azad olunur. Beşincisi, separatçı bölgələrdə “milli milis” yaradılır", -deyə o bildirib.

E.Şahinoğlunun sözlərinə görə, separatçılar və Moskva “Ştaynmayer formulunun” reallaşdırılmasına tərəfdardırlar. 

"Ancaq Kiyev qərar verməkdə çətinlik çəkir. Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Ştaynmayer formulunun” Kremldə hazırlandığını iddia edərək, bunu “Putin formulu” adlandırır və sənəddə göstərilən prinsiplərin qəbulunun əleyhinədir. Digər müxalifət təmsilçisi Yuliya Timoşenko da “Ştaynmayer formulunun” qəbulunun əleyhinədir".

O qeyd edib ki, Ukraynanın hazırki prezidenti Vladimir Zelenski ölkəsi üçün sülh istəyir və ona görə də “Ştaynmayer formulunu” qəbul etməyə hazır görünür.

"Zelenskinin təmas qrupundakı təmsiliçisi, eks-prezident Leonid Kuçma “Ştaynmayer formulunu” artıq qəbul etdiklərini bildirib. Bu o deməkdir ki, Kuçma Zelenskidən bununla bağlı təlilmat alıb. Ancaq Zelenski son qərar verməyə tələsmir. Çünki onun ölkədaxilindəki rəqibləri artıq prezidenti satqınlıqda ittiham edir və tərəfdarlarını küçələrə çıxaracaqları ilə hədələyirlər. Əlbəttə, Vladimir Zelenski öz partiyası olan “Xalqın xidmətçisi” vasitəsilə parlamentə nəzarət edir və Donbasın statusunu müəyyənləşdirəcək qanunun qəbulunu təmin edə bilər. Ancaq Zelenski “Ştaynmayer formulunu” qəbul edərsə, bu halda birincisi, Kiyevdə növbəti mitinqlər dalğası başlayacaq, ikincisi, Zelenskinin partiyasında parçalanma baş verə bilər. Ona görə Zelenski suyu üfürə-üfürə içmək məcburiyyətindədir".

Ekspert hesab edir ki, “Ştaynmayer formulu” münaqişənin mərhələli həllini şərtləndirsə də açıq qalan suallar az deyil: "Məsələn Donbasla Rusiya arasındakı sərhəd kimin nəzarətində qalacaq? Və ya Donbasın xüsusi statusunda separatçıların hüquqlarını artıracaq bəndlər Ukraynanın ərazi bütövlüyünə təhlükə yaratmayacaqmı? “Milli milis” elə silahlı separatçılar demək deyilmi? Təsadüfi deyil ki, “Ştaynmayer formuluna” müxalif olanlar bu prinsiplərin qəbulunun münaqişəni həll etməyəcəyini, tam əksinə münaqişəni donduracağına əmindirlər".

Politoloq qeyd edib ki, bu günlərdə Azərbaycanda səslənən suallardan biri budur: “Ştaynmayer formulu” Dağlıq Qarabağ münaqişəsinə də tətbiq oluna biləmi”?

"Donbass probleminin çözümü Dağlıq Qarabağ probleminin çözümü kimı “Minsk” adı ilə bağlıdır. Digər tərəfdən Donbass münaqişəsinin həlli ilə məşğul olan 4 ölkədən ikisi – Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlliylə də məşğul olan Minsk Qrupunun həmsədridir. Bu mənada başqa bir ölkədə münaqişənin həlli ilə məşğul olan bu iki ölkə hazırladıqları prinsipləri Dağlıq Qarabağ üçün də tətbiq edə bilərlər. Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazırdır. Ancaq Donbassdakı vəziyyət Dağlıq Qarabağdakı vəziyyətdən fərqlidir".

"Birincisi, Donbass separatçıları erməni separatçılarından fərqli olaraq yaşadıqları ərazidən başqa əraziləri işğal etməyiblər. İkincisi, erməni separatçılarından fərqli olaraq Donbass separatçıları bölgədə böyük mənada etnik təmizləmə həyata keçirməyiblər".

Onun sözlərinə görə, Azərbaycan üçün “Ştaynmayer formulununun” ilk iki bəndi Dağlıq Qarabağa aid olmayan bölgələrin boşaldılması və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması olmalıdır. "Bundan sonra “Ştaynmayer formuluna” uyğun olaraq bölgədə ermənilərin və azərbaycanlıların iştirakı ilə yerli orqanlara seçkilər keçirilməli və bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusu müəyyənləşməlidir. “Ştaynmayer formulunda” separatçıların nəzarət etdikləri ərazidə bölgənin statusunu müəyyənləşdirilməli olan referendumun keçirilməsi nəzərdə tutulmayıb. Bölgəyə Kiyevin razılığı ilə xüsusi status verilir. Formulun bu bəndi bizim də üçün də yararlıdır".

E.Şahinoğlunun fikrincə, "“Ştaynmayer formulunun” milli milis məsələsi də Dağlıq Qarabağda reallaşa bilər: "Xankəndinin yerli əhalisini erməni milisi, Şuşadakı əhalinin təhlükəsizliyini isə azərbaycanlıların formalaşdırdığı polis qorumalıdır. “Ştaynmayer formulunda” olduğu kimi Azərbaycan Ermənistanla sərhəddin tamamına nəzarət etməlidir".

"Beləliklə, “Ştaynmayer formulu” mövcud qüsurlarına rəğmən münaqişənin mərhələli həllini diqtə edir, deməli vacib əlavələrlə bu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də məqbul sayıla bilər. Ancaq buna qədər hələ izləməliyik ki, bu formul Ukraynada necə işləyəcək, Ukraynaya sülh gətirəcəkmi? Əgər bu formulun müsbət nəticələri olarsa, bundan sonra eyni formulun əlavələrlə Dağlıq Qarabağ üçün də tətbiqindən danışıla bilər", -deyə E. Şahinoğlu bildirib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Hamısı