Moskvanın bəyanatlarından aydın olur ki, Rusiya Türkiyəni itirmək istəmir Türk tədqiqatçı

Analitika 17:57 04.02.2020

Fevralın 3-də Suriyanın İdlib bölgəsində Türk ordusu və Suriya ordusu arasında baş vermiş qarşıdurmada 6 Türk əsgəri şəhid olub və 7 nəfəri isə yaralanıb. Bu hadisədən sonra Türk ordusu və Əsəd qüvvələri arasında vəziyyət daha da gərginləşib. Türk ordusu mövqelərinə qarşı edilmiş hücumlara cavab olaraq havadan və qurudan Suriya ordusuna ağır zərbələr endirib. Türkiyə höküməti cavab zərbələrini davam etdirəcəyini bildirib.

Türk tədqiqatçı Yalçın Sarıkaya Suriyada gərginliyin artması ilə əlaqədar Eurasia Diary-ə açıqlama verib. Yalçın Sarıkaya Türk Akademik Siyasi, Sosial və Strateji Araşdırma Fondunda xarici siyasət üzrə koordinatordur.

Yalçın Sarıkaya Eurasia Diary-yə açıqlamasında önəmli məsələlərə toxunub. Bura Türkiyənin Suriyada hansı növbəti addımları atacağı, həmçinin Türk ordusunun Suriya ordusuna qarşı cavab zərbəsinin Türkiyə-Rusiya əlaqələrinə necə təsir edəcəyi daxildir.

Yalçın Sarıkaya ilk növbədə Suriyanın Türkiyə üçün əhəmiyyətli bölgə olduğunu bildirdi. Ona görə ki, bu bölgədə Suriya PKK-sı hesab edilən, Kürd terrorçu qruplaşması YPG Türkiyənin sərhəd bölgələrinə daima hücumlar təşkil edirdi.

“Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Fərat Qalxanı, Zeytun Budağı və Sülh Bulağı adlı hərbi əməliyyatlarını müvəfəqiyyətlə həyata keçirtməklə terrorçu qruplaşmaları məğlub etdi”, -deyə Sarıkaya qeyd etdi. 

Türk tədqiqatçının verdiyi məlumata görə, Türkiyə iki səbəbdən dolayı Suriyanın İdlib zonasında hərbi əməliyyatlar aparmaq istəyir. Birinci səbəb, İdlib zonasında Əl-Nusra daxil olmaqla bir sıra terrorçu qruplaşmaların mövcud olmasıdır. İkinci səbəb isə həmin bölgədə bir milyona yaxın insanın zərər çəkməsidir.

“Türkiyə Hələb şəhərindən sakinlərin təxliyə edilməsində öz öhdəliyini yerinə yetirib. Lakin, Rusiyanın və ABŞ-ın Suriyanın Təl-Rifat və Münbiç vilayətlərində öz öhdəliklərini yerinə yetirdiklərini görmürük”,-deyə Sarıkaya bildirib.

“Biz əmin olmalıyıq ki,  Türkiyə hücumla bağlı bütün hərbi seçimləri nəzərdən keçirib. Həmçinin Moskvanın bu hadisə ilə bağlı bəyanatlardan aydın olur ki, Rusiya Türkiyəni itirmək istəmir”- Sarıkaya əlavə edib.

Cənab Yalçın Sarıkaya Türkiyənin Əsəd qüvvələrinə qarşı silahlı cavabın Türkiyə-Rusiya münasibərlərini gərginləşdirə bilməsi ehtimalını rədd edir. Yalçın bəy qeyd edir ki, Türkiyənin ABŞ ilə əlaqələrində problemlərin olması və Türkiyə-ABŞ əlaqələrində hazırki vəziyyət Türkiyə-Rusiya münasibətlərində müsbət irəliləyişə səbəb olur. Moskvaya gəlincə isə, Ankara və Vaşinqton arasında əlaqələrdə gedən prosesləri yaxından izləyir.

Sarıkaya onu da əlavə etdi ki, Türkiyənin Ukrayna məsələsində mövqeyi və Ankara tərəfindən verilən son bəyanatlar Rusiyanı qəzəbləndirib. Rusiya da bununla əlaqədar Türkiyəyə mesaj göndərib. Suriyada baş verən gərginlik bunu təsdiq edir.

“Türkiyə və Rusiya arasında problemlərin olmasına baxmayaraq, hər iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr mövcuddur. İdlibdə Türk ordusu və Əsəd qüvvələri arasında hərbi qarşıdurmanın Türkiyə-Rusiya müharibəsinə gətirib çıxaracağı ehtimalı həqiqətdən uzaqdır”,-deyə Sarıkaya vurğulayıb.

Bundan əlavə, Sarıkaya Astana-Soçi danışıqlarının Suriyada sülhün və stabilliyin möhkəmləndirilməsində vacib rol oynadığını hesab edir. Tərəflər arasında anlaşmanın olmaması regionda vəziyyəti gərginləşdirir. Gərginliyin artması Türkiyə və Suriya üçün problemlər yaradır.

“Astana-Soçi anlaşması hələ qüvvədədir. Vəziyyətin gərgin olduğu bölgələrdə Türkiyənin post patrulları mövcuddur. Lakin Əsəd qüvvələri Türkiyəyə məxsus bəzi post patrulları mühasirəyə alıb və vəziyyəti gərginləşdirib”.

Yalçın Sarıkaya sonda qeyd etdi ki, münaqişəli zonalarda sakinlərin terrorçu qruplaşmalardan zərər çəkməsi və bir milyona yaxın şəxsin Türkiyə sərhədinə irəliləməsi Ankaranı narahat edir.

Yunis ABDULLAYEV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı