Azərbaycan sabitlik və koordinasiya üzrə regionda liderdir

Analitika 17:33 15.02.2020

Zorakılığın və dözümsüzlük praktikasının normaya çevrildiyi bir dünyada Azərbaycan Respublikası digər ölkələrdən fərqlənir.

Azərbaycana səfərlərimdə harmoniya, birgə yaşamaq, mədəniyyətlərarası və qürur sözlərinin mənası barədə çox şey öyrəndim. Bu məsələlərə Müqəddəs Odlar Yurdu - Azərbaycan haqqında yazdığım məqalələrdə toxunmuşam.

Azərbaycan 1990-cı illərin əvvəllərində erməni silahlı qüvvələrinin işğalı nəticəsində parçalanmaya məruz qalaraq, suveren ərazisinin 20% -ni itirib. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinə çalışır.

Keçmiş Sovet İttifaqının dağılmasından bir neçə ay əvvəl, 1991-ci il dekabrın 26-da, 71 il boyunduruq altında yaşamış Azərbaycan öz müstəqilliyini elan etdi. Bu Azərbaycanın ikinci müstəqil Respublikasıdır. Bütün müsəlman xalqları arasında ilk dünyəvi demokratik respublika, Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Milli Şurası tərəfindən quruldu və 28 May 1918-ci ildə Tiflisdə elan edildi.

1980-ci illərin ikinci yarısında totalitar Sovet İttifaqı dağılmağa başladı, bu da 15 müstəqil respublikanın yaranmasına səbəb oldu. Onların arasında Azərbaycan da var idi.

Sonrakı otuz ildə hazırkı hərtərəfli planın həyata keçirilməsi üçün yaxşı təhsil almış azərbaycanlılardan ibarət komanda tələb olunurdu və təqribən otuz il üçün yaxşı planlanmış bir təməl qoyuldu.

9 fevral 2020-ci il Bazar günü Azərbaycanda keçirilən parlament seçkiləri, dinc "inqilab" idi. Bu dinc "inqilab" çərçivəsində Prezident İlham Əliyevin islahat strategiyasına uyğun olaraq, qərb təhsilli gənc idarəçilər ölkənin ehtiyac duyduğu islahatları keçirəcək.

Azerbaijan: Regional Force of Stability and Connectivity 1

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti şöbəsinin müdiri Leyla Abdullayeva ilə müsahibəm - Photo Credit, Nurit Greenger

 

Bu gənc rəhbərliyin üzvlərindən biri də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti şöbəsinin müdiri Leyla Abdullayevadır.

Azərbaycanın məqsədi müstəqil siyasət yürütmək və sabitliyin qorunmasıdır. Leyla Abdullayeva ilə görüşdə öyrəndim ki, Azərbaycanın gücü ümumi balanslaşdırma aktının olmasındadır.

40 yaşlı çox fəal xanım Leyla Abdullayeva, sərin bir meh tək otağa daxil olur. Gənc xanım, ölkəsini çox sevən çox peşəkar və məlumatlı bir insan gözəl bir simadır.

"Azərbaycan - 29 yaşlı demokratiya, keçmiş Sovet İttifaqı respublikası, çox həssas və strateji bir bölgədə yerləşir", deyə xanım Abdullayeva Azərbaycanın bölgədəki geosiyasi mövqeyini izah edir. “Coğrafi baxımdan biz İran, Rusiya və Türkiyə ilə qonşuyuq və müharibə aparan Suriya bölgəmizə yaxın yerləşir. Bunun üçün Azərbaycanın milli maraqlarına əsaslanan balanslaşdırılmış siyasət tələb olunur".

Xanım Abdullayeva Azərbaycanın üzləşdiyi çətinliklərdən danışır. Karbon ehtiyatları ilə zəngin bir ölkə bədnam oyunçuların diqqətini cəlb etmək təhlükəsilə üzləşir. Ölkə terrorçuların hədəfi ola bilər; Ölkə müharibədən keçib, bunun nəticəsində ərazisinin 20% -i hələ də qonşu Ermənistanın qanunsuz hərbi işğal altındadır.

Onu da əlavə etməliyəm ki, Ermənistanın ən güclü müttəfiqi Ermənistan ərazisində 5000-lik qoşunu olan Rusiyadır. İranda, əsasən, Azərbaycan-İran sərhəd bölgələri boyunca təxminən 30 milyon etnik azərbaycanlı yaşayır, bu da əlavə təhlükəsizlik riskləri yaradır.

Bu, Azərbaycanı seçim qarşısında qoyur: yerli və regional layihələrə əsaslanaraq sabit dövlət quran, güclü və hərtərəfli iqtisadiyyatı inkişaf etdirmək.

Belə layihələrdən biri də Xəzər dənizinin dibindən Türkmənistandakı Türkmənbaşıdan Bakıdakı Səngəçal Terminalına kimi uzanan mövcud boru kəməri ilə Türkiyədə Ərzurumdakı boru kəmərinə birləşəcək xəttin çəkilməsini planlaşdırılan Transxəzər qaz kəməridir. Boru kəməri Cənub Qaz Dəhlizinə qoşulacaq və nəticədə Türkmənistandan Azərbaycan vasitəsilə Mərkəzi Avropaya təbii qaz ötürüləcək.

Bu boru kəməri ilə Trans Adriatik Boru Kəməri (TAP) layihəsi davam etdiriləcək. Bu layihə Xəzər dənizinin Şahdəniz-2 qaz yatağının işlənməsinin ikinci mərhələsindən Cənubi Qafqaz boru kəməri və Trans Anadolu Boru kəməri ilə qaz nəql edəcək. Azərbaycan təbii qazı Yunanıstandan Albaniyaya və Adriatikdən İtaliyaya və daha sonra Qərbi Avropaya çatdırılacaq. Layihənin bötövlükdə dəyərinin 45 milyard dollar olduğu təxmin edilir.

Azərbaycanın mərkəzi rol oynadığı Xəzər təbii qazını nəql edən bu boru kəmərləri şəbəkəsi enerji təhlükəsizliyini artıracaq və bir neçə Avropa bazarı üçün qaz tədarükünü şaxələndirəcək, Avropa qurumları tərəfindən dəstəklənən və "Ümumi maraqlar layihəsi" və Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq görülən layihədir.

Azərbaycanın həyata keçirə bildiyi daha bir böyük layihə Dəmir İpək Yolu - Çini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən dəmir yolu şəbəkəsidir.

“Gündən-günə Şərqlə Qərbin mərkəzi əlaqələndirmə yeri olan Azərbaycan daha çox zəhmətkeş bir təchizatçıya çevrilir. Uzaq Şərqi Avropaya birləşdirməklə mal və xidmətlər üçün daha ucuz qiymətə çatdırılma müddətini qısaltmağı təklif edir", -deyə xanım Abdullayeva qeyd edir. Onun sözləri mənim Azərbaycanın gənc olsa da artıq regional lider, bölgədə və onun hüdudlarından kənarda sabitləşmə üçün bir qüvvə rolu oynadığını anlayan bir ölkə olduğuna dair müşahidələrimi təsdiqləyir.

Qaz boru kəməri layihələri və yeni Bakı Limanı layihəsi ilə, eləcə də qlobal iqtisadiyyatda yaxşı planlanmış addımlar atmaqla yanaşı, Azərbaycan öz dəyərlərini və dinlərarası və mədəniyyətlərarası harmoniyanı, sülhü, eləcə də mədəniyyətini ixrac edir.

ABŞ və NATO ilə əməkdaşlıq

ABŞ Azərbaycanı Avropaya bağlayan təşəbbüsləri dəstəkləyir. Burada ən önəmli məqam Azərbaycanın təhlükəsizlik və terrorizmlə mübarizə dialoqunda və fəaliyyətlərində iştirak etməsi, regional sabitliyə töhfə verməsidir.

4 may 1994-cü ildə Azərbaycan Respublikasının ilk Prezidenti mərhum Heydər Əliyevin, Sülh Naminə Tərəfdaşlıq (PfP) çərçivə sənədini imzaladığı zaman, Azərbaycanla Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında praktiki tərəfdaşlıq quruldu. Azərbaycan sülh prinsiplərinə əsaslanaraq, NATO ilə müxtəlif formatlarda və səviyyələrdə ümumi maraqların geniş spektri üzərində siyasi dialoq aparır.

Əməkdaşlığın inkişafı üçün qarşılıqlı anlaşmaya əsaslanan ikitərəfli müzakirələr və məsləhətləşmələrə tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, sülhməramlı dəstək əməliyyatları, yaranan təhlükəsizlik problemləri, yüksək səviyyəli siyasi dialoq kimi məsələlər daxildir.

Azərbaycan Respublikasının NATO-dakı missiyası NATO üzvü olmaq istəyi olmayan Qoşulmama Hərəkatının etibarlı tərəfdaşıdır.

Müstəqil xarici siyasət yürütmək baxımından Azərbaycanın iqtisadi və hərbi potensialı ona müəyyən toxunulmazlıq verir. 

Vaşinqton hər zaman qlobal sülh və sabitliyi təşviq etmək məqsədi ilə iki ölkənin NATO çərçivəsində əməkdaşlığını davam etdirməsinin yeni yollarını tapmağa ümid edir.

Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə ölkə qürurla beynəlxalq birliyə öz dəstəyini verir və dayanıqlı, firavan və daha yaxşı dünya qurmaq üçün töhfə verir. AIDA inkişaf etməkdə olan ölkələrdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş beynəlxalq səylərə, yoxsulluğun aradan qaldırılmasına, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına və alıcı ölkələrdə sosial və iqtisadi inkişafın artırılmasına yönəlmiş fəaliyyətlərə öz töhfəsini verməyə çalışır. AIDA təbii və ya texnogen fəlakətlərdən, humanitar böhranlardan və silahlı münaqişələrdən zərər çəkmiş insanlara yardım çatdırmaq üçün məsuliyyət daşıyır. AIDA-nın missiyasının vacib elementlərindən biri də inkişaf etməkdə olan ölkələrdə təhsilin səviyyəsini artırmaqdır.

Növbədənkənar seçkilər

Azərbaycanlılar öz ölkələri ilə fəxr edirlər və onlara verilən azadlığa görə sevinirlər. Seçki hüququ ən ciddi şəkildə qəbul edilir və seçki prosesində dürüstlük və bütövlüyün olmasına diqqət yetirilir.

Yeni və enerjili gənclərin yüksək siyasi vəzifələrə gətirilməsi iqtisadiyyata və prezident komandasına daha rəvan və daha köklü işlər görməyə kömək edəcək.

Dil ünsiyyət üçün əsas amildir. Köhnə məktəbin rəhbərləri rus dilində danışarkən, yeni rəhbərlik İngilis, Fransız və Alman dillərinə üstünlük verir. Qərb dillərinə ünsiyyətə üstünlük verməklə yanaşı, milli dəyərlərinə, keçmişə hörməti bütövlükdə saxlayaraq və adət-ənənələrini qorumaqla Azərbaycanı Qərbə daha da yaxınlaşdırır.

Azerbaijan: Regional Force of Stability and Connectivity 2

Şəhidlər Xiyabanı platformasında Azərbaycandakı Koliforniya nümayəndə heyəti ilə birgə, arxa planda Alov qüllələri - Photo Credit, Nurit Greenger

İqtisadi artım

Azərbaycanın traektoriyası daha çox iqtisadi azadlıqdır.

Bütün sektorlarda davam edən islahatlar sayəsində 2007 - 2019 illər arasında ölkə iqtisadiyyatı 80% artmışdır və bu dövrdə ümumi xarici investisiyalara 111 milyard dollar cəlb edilmişdir.

Ölkənin yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən hazırda 5 faiz səviyyəsinə enmişdir, işsizlik 5 faizdən aşağı səviyyədədir.

Dünya Bankının "Doing Business Index" indeksinə görə 190 ölkə arasında Azərbaycan 34-cü yeri tutur və ölkə əmlakın qeydiyyatı, kredit almaq, milli azlıqlıqlara mənsub investorların müdafiəsi və müqavilələrin icrası baxımından ən yaxşı 20 islahatçı ölkələrin siyahısındadır.

Azerbaijan: Regional Force of Stability and Connectivity 3

Azərbaycanın xəritəsi - qərbdən şərqə baxan qartal şəklidir - Photo Credit, Nurit Greenger

Sabitlik və inteqrasiya

Azərbaycanın ticarət və strateji mövqeyindən bəhs edən Prezident Əliyev və onun komandası, sabit olmayan bir bölgədə yerləşən ölkənin sabitlik və proqnozlaşdırma mayakı olmasına çalışırlar. Bu məqsədə çatmaq üçün azərbaycanlılara dini dözümlülük və birgə yaşamaq öyrədilir. Müsəlmanların çoxluq təşkil etdiyi bu ölkə xristianlar, yəhudilər və bir çox başqa din və etnik qruplar üçün etibarlı bir vətəndir.

Fikrimcə, Azərbaycan sadəlövhlükdən uzaqlaşaraq indi dünyada öz yolunu tapır və qurduğu yol çox ümidvericidir.

Qərbə kəskin baxışlar və şərqə geniş açılan gözlər ilə Azərbaycan dünyaya müvafiq mərkəzi və bütün aspektlərdə ən ciddi şəkildə qəbul edilməli olan bir ölkəyə çevrilir.

Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvilik adasıdır və bütün ölkələrə nümunədir. Sülhü, təhlükəsizliyi və dözümlülüyü təşviq edən nümunəvi bir ölkədir.

Azərbaycanın ləzzətli ənənəvi çayını içərkən, çayın təsiri ilə yanaşı bu ölkənin qlobal sabitliyə təsir edən amil olmağa başladığını dərk etmək olur.

 
Nurit Greenger
2006-cı il Livan müharibəsi dövründə, xüsusi müxbir olaraq çalışan Nurit Greenger, aktivist olmağa məcbur idi. Nurit, yəhudilər, İsrail, Amerika Birləşmiş Ştatları və bütövlükdə Azad Dünyanın ehtiraslı müdafiəçisi idi. 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı