Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar üçün basketbol turniri təşkil edilib.
Turnirin ilk müsabiqəsi Ciddə şəhərindəki “Kral Abdullah” Stadionunda keçirilib.
Səudiyyə Ərəbistanı Şurasının idarə heyətinin üzvü Lena əl-Maena müsabiqənin qadınlarda idmana olan həvəsi və ehtirası ortaya çıxardığını deyib.
O, bu turnirin gələcəkdə müxtəlif idman növləri üzrə böyük tədbirlərin təşkil edilməsi üçün bir qapı açdığını vurğulayıb.
Qeyd edək ki, turnirdən əldə edilən gəlir döş xərçəngi ilə mübarizəyə xərclənəcək.(publika.az)