“ACCENTUS Grandmaster Tournament"in qalibi, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov mükafatlandırılıb.
Mükafatlandırma mərasimi İsveçrənin Bil şəhərində keçirilib.
Mükafatı ona Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova təqdim edib.
Qeyd edək ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirində qalibiyyətini rəsmiləşdirib. O, 9-cu turun 57-ci gedişində ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlseni məğlub edib.