Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak etdi - VİDEO | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak etdi - VİDEO

İdman A- A A+
İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib. 
 
Eurasia Diary xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib. 
 
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və IJF prezidenti Marius Vizer çıxışlarında bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər. 
 
R.Abdullayev mərasim zamanı həm T.Bax, həm də M.Vizerlə görüşüb. Görüşdə Azərbaycanda idmanın, o cümlədən, cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb. (Report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...