Şahmatçı xanımlarımız Ermənistanı necə uddular? Təəssüratlar

İdman 19:48 20.11.2019

Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatı keçirilib. Son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Milli komandamızın digər üzvləri Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Görüş Azərbaycan millisinin 2.5:1.5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra yenidən qitə çempionatında üçüncü yerə layiq görülüb.

Azedu.az şahmatçılarımızı daha yaxından tanımaq üçün onların hər biri ilə qısa söhbət edib:

Gülnar Məmmədova şahmata anasının arzusu ilə başladığını deyib:

“Əslində, bu, anamın arzusu idi. O, özü şahmatçı olmaq istəsə də, qardaşları xaricə getməyə Bakıda oyunlara qatılmağa icazə verməyiblər; Onların vaxtında bu işlər daha çətin idi. Bu səbəbdən, anam öz arzularını bir növ, mənim üzərimdə reallaşdırıb. Mən uşaq olanda anam bir əlində gəlincik, o biri əlində  isə şahmat tutub, məndən ikisinin arasında seçim etməyimi istədi. Təbii ki, uşaq məntiqi ilə gəlinciyi seçdim. Anamsa məntiqlə başa saldı ki, şahmatdan uğur qazana bilsən, hər şeyin-paltarın, ad-sanın və s. olacaq. Elə bununla da mən 6 yaşımda şahmata başladım”.

Gülnarın hazırda  27 yaşı var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həm bakalavr, həm də magistratura  səviyyəsində təhsil alıb, indisə  orda şahmat müəllimi işləyir. Şahmat Tacını ölkələrinə gətirən hər kəs onun üçün nümunəvi şəxsdir. Elə özü də onların yerində olmaq istəyir. İdmanla yanaşı, bədii ədəbiyyata, şeirə marağı var. Əvvəllər şeir yazmaqla qələmini də sınayıb.

O son oyunun təəssüratları haqqında da danışıb:

“Çox asan oyun oldu. Elə oyun başlayandan qələbəyə doğru addımladıq. Bəzən olur ki, bir tərəf üstünlük qazananda, qarşı tərəf də axıra qədər mübarizə aparır. Amma bu dəfə belə olmadı. Rəqibim məğlubiyyətlə razılaşdı”.

AzEdu.az-a danışan şahmatçımız Türkan Məmmədyarova da idmana hələ uşaqlıqdan başladığını bildirib:

“Şahmatla 4-5 yaşlarımdan məşğul oluram. Bu idman növünə marağımız atamın təsiri ilə yaranıb. Ailədə üç uşaq idik. Atam hamımızı şahmata yönəldib və ilk məşqçimiz də o olub. Özü -Məmmədyarov Həmid - ağır atletika üzrə Azərbaycan çempionudur. Şahmatla məşğul olmayıb, sadəcə, böyük sevgisi vardı.  Ümumiyyətlə, kiçik yaşlarımdan bayrağımızı, formanı çox sevirdim. Həmişə onlara sahib olmaq istəyirdim. Bu amillər də məni yarışlara həvəsləndirib.  İndi şahmatda konkret nümunə götürdüyüm biri yoxdur. Bütün uğurlu şahmatçılardan öyrənməyə çalışıram”.

O, son oyundan qaydalara görə iştirak etmədiyini bildirib:

“Ermənistanla təşkil olunan son oyuna mən çıxmadım. Qaydalara görə hər gün komandada  bir nəfər oynamır. Son oyun bizim üçün çox həyəcanlı idi. Həm Ermənistanla oynayırdıq, həm də medal qazanmaq bizim məqsədimiz idi. Amma oyunumuz elə başlayandan çox uğurlu alındı və gözəl qələbə qazandıq”.

Məmmədyarovanın 30 yaşı var, ailəlidir, 3 uşaq anasıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İndi özəl liseydə şahmat müəllimi işləyir. Boş vaxtlarında kitab oxumağı sevir. Dünyanın ən güclü şahmatçılarından biri olan Şəhriyar Məmmədyarovun bacısıdır.

Ölkəmizə bu qələbəni qazandıran idmançılar arasında Balacayeva Xanım da var. O son oyunun çox gərgin keçdiyini deyib.

“Oyun çox gərgin idi. Əvvəlcədən çox ciddi hazırlaşmışdıq. Püşk atılmamışdan əvvəl biz Ermənistanla oynayacağımızı təxmin edirdik. Bu  bizim məsuliyyətimizi ikiqat artırırdı. Bir gün öncə səhərə qədər komanda olaraq hazırlaşdıq və çox az yatdıq. Oyunda da əlimizdən gələni etdik. Bir taxtada qələbə gördükdən sonra digər komanda üzvləri də heç-heçəyə razılaşdı. Bu qələbəni isə Günay Məmmədzadə qazandı. Onun qələbəsi ilə biz oyunu udduq”.

O, şahmata həvəsin uşaqlıqdan yarandığını bildirib:

“Mənim atam və anam şahmat müəllimidir. 5-6 yaşlarımdan onların dərslərində iştirak edəndən məndə şahmata həvəs yarandı. İndi 18 yaşım var. Şahmatda nailiyyət əldə etməkdən ötrü dərslərimi arxa plana keçirdim. Çünki professional şəkildə məşğul olmaq üçün gərək nəyisə qurban verəsən. Mən də bu yolu seçdim. 6-cı sinifdən sonra dərslərimdə bir az ləngimə oldu. İndi İdman Akademiyasında 3-cü kursda oxuyuram. Şahmatdan başqa kitab oxumağı, idman yarışlarını, xüsusilə, voleybol izləməyi sevirəm”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Hamısı