Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.
Ednews xəbər verir ki, çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun komandaların yarışında cütlüklərin qısa proqramında 82,83 xal toplayıblar.
Qeyd edək ki, cütlük rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus rekordu təzələyib. Onlar 12 - 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Rusiyalı rekordsmenler Pekin-2022-də isə 82,64 xalla ikinci olub.
Komanda yarışının 3 mərhələsindən sonra ABŞ seçməsi 28 xalla liderdir. 26 xala malik Rusiya ikinci pillədə qərarlaşıb.