Uzun müddət "Barselona"da çıxış edən dünya şöhrətli futbolçu Lionel Messi köhnə komandasına qayıda bilər.
Ednews xəbər verir ki, argentinalı futbolçunun atası Xorxe açıqlayıb.
“Ümid edirəm ki, o, bir gün yenidən “Barselona”nın formasını geyinəcək”, - deyə, ulduz futbolçunun atası qeyd edib.
Onun bu sözləri Kataloniya nəhənginin azarkeşlərini həyəcanlandırıb.
Qeyd edək ki, argentinalı futbolçu Fransanın Paris Sen-Jermen klubunda çıxış edir.
Xanlar Əlibəy