Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour”un dördüncü mərhələsində mübarizəyə başlayacaq.
Ednews xəbər verir ki, 37 yaşlı qrosmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ı təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.
10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.
Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik “Grand Chess Tour”un dördüncü mərhələsi avqustun 30-da başa çatacaq.