"Neftçi" Saldanya ilə müqavilənin müddətini açıqladı - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

"Neftçi" Saldanya ilə müqavilənin müddətini açıqladı

İdman A- A A+
"Neftçi"nin yeni transferi Mateus Saldanya ilə imzaladığı müqavilənin detalları məlum olub. Ednews xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yaponiyanın “JEF Yunayted Çiba” klubundan icarəyə götürülən futbolçu ilə 1 illik sözləşməyə qol çəkilib. 23 yaşlı forvard komandada 9 nömrəli formanı geyinəcək. Saldanya bunadək Braziliya “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib. Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...