Taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

Taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək

İdman A- A A+
Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio Bakıda səfərdə olub. WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbərliyi ilə müzakirələr aparmaq olub.
 
ATF-dən Ednews-a bildiriblər ki, C.Sio səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
 
Görüşlərin yekununa əsasən, dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. C.Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın “Baku Crystal Hall”da keçirilməsinə qərar verilib.
 
Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.
 
Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...