Belarusun paytaxtı Minskdə davam edən MDB ölkələrinin Oyunlarında bu gün Azərbaycan idmançısı atıcılıq üzrə qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, ən yaxşı nəticəni pnevmatik tapançadan atışda Leyli Əliyeva göstərib.
Hazırda Azərbaycan yığmasının aktivində 4 qızıl, 6 gümüş və 14 bürünc var. Komanda hesabında Azərbaycan Rusiya, Belarus və Özbəkistandan geri qalaraq 4-cü yeri tutur