PSJ heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Klub gənc 18 yaşlı yarımmüdafiəçi "Korintians"dan Qabriel Moskardonu transfer etməyə çalışır. Tərəflər arasında danışıqlar əsas mərhələyə qədəm qoyur. PSJ-nin direktoru Kampos bu transfer üçün birbaşa Braziliyaya gedib.
Qeyd olunur ki, Moskardonun özü PSJ-yə keçmək istəyir. Onun üçün "Çelsi" də mübarizə aparır.
Daha əvvəl İngiltərə klubu "Korintians"a 20 milyon avro təklif edib, lakin qarşı tərəfin bundan imtina edib. Braziliyalılar futbolçunun satışından ən az 25 milyon avro qazanmaq istəyirlər.