Türkiyəli hakim Halil Meleri döyən şəxslərə veriləcək cəza açıqlanıb.
Ednews "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, hakimi döyməkdə şübhəli bilinənlər, o cümlədən “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca 1 ildən 9 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Qəzet yazır: “Türkiyə Cinayət Məcəlləsinə görə, şübhəlilərin tutulmasına səbəb olan “qəsdən sağlamlığa zərər vurma” cinayəti 1 ildən 3 ilə qədər həbslə cəzalandırılır”.
Xatırladaq ki, Türkiyə çempionatının 15-ci turunun "Ankaragücü" - "Rizəspor" qarşılaşmasından sonra bir neçə nəfərin müşayiəti ilə meydançaya qaçan Koca hakim Halil Melerin üzünə yumruqla vuraraq onu yerə yıxıb. Hakim qazonda yatarkən ona bir neçə dəfə təpik zərbələri də endirilib.
Əkbər