İtaliya A Seriyasında mövsümün qalibi müəyyənləşib.
“EDnews” xəbər verir ki, son tura qədər çempionluq uğrunda lider "Napoli" və ondan bir xal geri qalan "İnter" mübarizə aparıb.
Hər iki klub 38-ci turu itkisiz başa vurub. Neapol təmsilçisi ev oyununda "Kalyari"ni 2:0 hesabı ilə məğlub edib. Milan klubu isə səfərdə "Komo"ya 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, xallarını 82-yə çatdıran "Napoli" skudettoya sahib çıxıb. Aktivində 81 xal olan "İnter" isə mövsümü ikinci pillədə tamamlayıb.
Qeyd edək ki, "Napoli" sonuncu dəfə 2022/2023 mövsümündə çempion olmuşdu. Komanda ümumilikdə dörd dəfə birincilik yaşayıb.