Poblemlərin həllində qütbləşmə və populizmə arxalanaraq heç nəyə nail ola bilməyəcəyik.
Xarici mətbuatın məlumatına görə bu fikirləri Almaniya kansleri Angela Merkel bildirib.
Onun sözlərinə görə, dünya yeni bir tarixi dövrə qədəm qoyur:
“Fikrimcə, Almaniyanın birləşməsi, soyuq müharibənin bitməsindən 25 il sonra dünya yeni tarixi dövrə qədəm qoyur.
Ancaq biz problemlərin həllində qütbləşmə və populizmə arxalanaraq, heç nəyə nail ola bilməyəcəyik”.
Xatırladaq ki, bundan əvvəl Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsi ilə 20-ci əsr dünya quruluşuna son qoyulduğunu bildirib.