ABŞ-ın şimal-şərqinə yağan güclü qar BMT-nin Nyu-Yorkdakı işini də iflic edib.
Bu günə planlaşdırılmış bütün iclaslar, tədbirlər təxirə salınıb.
Mənzil-qərargah ayın 10-a qədər işləməyəcək.
Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının terrorla mübarizəyə həsr olunmuş iclası keçirilməli idi.