Mərakeş haqqında bilmədiklərimiz

Dünya 23:55 25.07.2017
Bəzi ölkələr var ki, onlar barəsində çox vaxt eşidirik, amma çox məlumatlı olmuruq. Bu dəfə Mərakeş barədə bilinməyən ilgincləri sizinlə paylaşacağıq. Mən oxuyanda xeyli təəccübləndim. Əminəm ki, sizinçün də bunların çoxu təəccüblü olacaq.
 
Mərakeş Avropadan bir neçə kilometrlik məsafədə yerləşsə də, orda həyat tamam başqa cür yaşanır. Bura təkcə çox dadlı mandarinlərin vətəni deyil, eyni zamanda çoxəsrlik ənənələrin, arxitektura şedevrlərinin və qeyri-adi mənzərələrin də məskənidir.
 
Axar.az Musavat.com-a istinadən sizə bu ölkə barədə ilginc məlumatları təqdim edir.
 
1.Mərakeşdə dünyanın ən qədim universiteti var
 
Dünyanın ən qədim universiteti 859-cu ildə açılıb. Bu universitetin əsası varlı tacir qızı olan Fatima-əl-Fəxri tərəfindən qoyulub. Avropa ənənələrindən fərqli olaraq, qədim ərəb universitetləri təhsil müəssisəsi adından diplomlar vermirdi. Amma 1947-ci ildə Əl-Karauin universieti sözün həqiqi mənasında universitet kimi fəaliyyət göstərməyə başladı.
 
2. Afrikada qar var
 
Qışda Mərakeşdə xizəkdə sürüşmək, qar adamı düzəltmək mümkündür. Atlas dağları arasında Mərakeşdən 75 kilometr aralıda olan komfortlu xizək kurortu Ukaymeden yerləşir. Burada qar dekabrdan aprelin əvvəlinə qədər yağır.
 
3. Mərakeşdə çox sayda populyar film və seriallar çəkilir
 
Yerli mənzərələrin gözəlliyi məşhur rejissorların səssiz qalmasına imkan vermədi. 60-cı illərdən başlayaraq, burada hər il yüzlərlə film çəkilib. 1983-cü ildə isə burada dünyanın ən böyük kinostudiyalarından olan “Atlas” yaradılıb. Məhz burada “Qladiator”, “Aleksandr”, «007: Spektr” serialları çəkilib.
 
4. Burada çörək atmaq yasaqdır
 
Mərakeşlilər çoxlu çörək yesələr də, bütün ailələrdə ona sayğı ilə yanaşılır. Yeyilməmiş çörəyin artıqları heyvanlara verilir. Əgər evdə heyvan yoxdursa, onu ev təmizləyici vasitələrlə dəyişdirmək mümkündür.
 
5. Qaynar suyu rakovinə tökmək qadağandır
 
Bəli, əgər qab yuyursuzsa və ya çaydanın dibində qaynar su qalıbsa, o qaynar suyu heç vaxt rakovinə tökmək olmaz. Bu yasağın mahiyyəti heç də boruların konstruksiyası ilə bağlı deyil. Mərakeşdə inanırlar ki, cinlər su olan yerlərdə gizlənirlər: ictimai hamamlarda, rakovinlərdə və sair. Ona görə də belə daşlaşmış inanc var ki, qaynar suyu həmin yerlərə tökməklə siz cinləri qəzəbləndirirsiz. Ona görə də əgər qaynar su dolu çaydanı rakovinə boşaldırsızsa, mütləq soyuq suyu sonuna qədər açmalısınız.
 
6. Мərakeş Avropaya göründüyündən daha yaxındır
 
Mərakeş sahilində dayanmaqla İspaniyada maşınların necə hərəkət etdiyinə baxmaq mümkündür. İki ispan anklavı olan Seuta və Melilya isə krallıq ərazisində yerləşir. Odur ki, Mərakeşi tərk etmədən Avropaya düşmək mümkündür.
 
7. İndi Mərakeşdə 2967-ci ildir
 
Ölkə əhalisinin böyük qismini təşkil edən berberlər üçün indi təqdm 2967-ci ili göstərir. Baxmayaraq ki, ölkə rəsmi olaraq bütün planetin qəbul etdiyi təqvimlə yaşayır. Bununla yanaşı, 2011-ci ildə Mərakeşdə berber dili ərəb dili ilə yanaşı dövlət dili statusunu qazanıb.
 
8. Burada ətdən imtina etmək olmaz
 
Mərakeşdə ət də çay kimi ev sahibi ilə qonaq arasındakı münasibətlərdə mühüm rol oynayır. Ətdən imtina kobudluq sayılır. Bununla yanaşı, sol əllə yemək düzgün hesab edilmir. Sol əli təmiz saymırlar. Yeməyi ancaq sağ əllə yemək lazımdır, işarət barmağından daha çox istifadə etmək şərti ilə.
 
9. Ürək əvəzinə qaraciyər
 
Mərakeşdə sevgi simvolu bizim öyrəşdiyimiz kimi ürək yox, qaraciyər sayılır. Ehtimal edilir ki, sağlam qaraciyər insan sağlamlığı üçün mühüm rol oynayır. “Siz mənim qaraciyrimi fəth etdiniz” ifadəsi sevgi etirafı sayılır.
 
10. Rolls-Royce maşınlarının salonu üçün istifadə olunan ağaclar ancaq Mərakeşdə yetişir
 
Qırmızı-qəhvəyi rəngdəki marokko ağacı ancaq Atlas dağlarının ətəyində yetişir. Bu nadir və çox gözəl ağacı ancaq Rolls-Royce, Mercedes, BMW maşınlarının salonlarının hazırlanmasında istifadə edirlər.
 
11. Mərakeşdə göy rəngə boyanmış şəhər var
 
Mərakeşdə göy rəngə boyanmış bir şəhər var. Yəhudi əsilli insanlar öz rahatlıqlarını məhz bu şəhərdə tapırlar. Müasir mərakeşlilər şəhərin rənglənməsinə olduqca ciddi yanaşırlar. Onlar hətta səkiləri, hasarları, piştaxtaları da göy rəngə boyayırlar.
 
12. Evdəki əşyaları tərifləməyin
 
Əgər sizi Mərakeşdə qonaq çağırıblarsa və evdə hansısa əşya xoşunuza gəlibsə, onu tərifləməkdən özünüzü saxlayın. Əks halda sizdən bu əşyanı özünüzlə aparmağı xahiş edəcəklər. Bu, onların “göz dəymə” qorxusundan yaranıb. Hesab edilir ki, evdə həsəd hissi yaradan əşyalar saxlamaq olmaz.(musavat.com)
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Hamısı