Mərakeş kralı VI Məhəmməd terrorçuluqda ittiham olunan 415 məhbusu əfv edib.
“Sinxua” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Kralın əfv qərarı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar verilib.
Məhkumlar rəsmi olaraq milli dəyərlərə sadiq olduqlarını bildirərək, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər.
Kralın əfv etdiyi məhkumlar arasında 2003-cü ildə Kasablankada törədilmiş terror aktına görə həbs edilənlərin da olduğu bildirilir.
Qeyd edək ki, kral iyulun sonunda etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu da əfv etmişdi.(teleqraf.com)